07:38 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Klassik opera səhnəmizin ilk qadın ifaçılarından biri - Firəngiz Əhmədova
 
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
10:42 23.09.2021

SSRİ Xalq artisti Firəngiz Əhmədovanın anadan olmasından 93 il ötür

 

Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən olan Firəngiz Əhmədovanın milli musiqinin inkişafında mühüm xidmətləri vardır. Özünün unikal tembrli, geniş diapazonlu, güclü və məlahətli səsi ilə seçilən sənətkar klassik opera səhnəmizin ilk qadın ifaçılarından biri idi. Onun yaradıcılığı yüksək ifaçılıq qabiliyyəti və orijinal aktyorluq məharəti ilə səciyyələnərək ölkəmizin vokal sənəti tarixində silinməz izlər qoyub. Firəngiz xanım opera səhnəmizdə Azərbaycan və dünya klassiklərinin şah əsərlərində aparıcı partiyaların mahir ifaçısı kimi şöhrət tapıb, musiqi salnaməmizə yeni parlaq səhifələr yazmağa müvəffəq olub.

AZƏRTAC xəbər verir ki, bu gün görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın anadan olmasının 93-cü ildönümü tamam olur.

Firəngiz Əhmədova 1928-ci il sentyabrın 23-də Bakı şəhərində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyub. Sonralar o, təhsilini davam etdirərək 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

Əmək fəaliyyətinə gənc yaşlarından başlayan Firəngiz Əhmədova 1946-1951-ci illərdə Azərbaycan radiosu xorunun, 1951-1988-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, 1989-1997-ci illərdə isə həmin teatrda ustad dərslərini aparıb.

Lirik-dramatik soprano səs tembrinə malik müğənni Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Nigar, Müslüm Maqomayevin “Şah İsmayıl”ında Gülzar, “Nərgiz”də Nərgiz, Fikrət Əmirovun “Sevil”ində Sevil və başqa partiyaların mahir ifaçılarından olub.

Firəngiz Əhmədovanın yaratdığı və hər zaman dolğunluğu, yetkinliyi, təbiiliyi ilə seçilən obrazlar Azərbaycan mədəniyyətinin qızıl fonduna əbədi daxil olub. Opera sənətində yüksək uğurlar əldə edən Firəngiz xanım, həmçinin müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı olaraq da tanınıb. Onun Azərbaycan radiosu xorunun solistliyindən görkəmli opera müğənnisi səviyyəsinə qədər keçdiyi böyük yaradıcılıq yolu sənətə sonsuz sədaqət, vətənə və xalqa fədakar xidmət məktəbi olub. Milli vokal məktəbinin ənənələrini qoruyub saxlamaqla oynadığı rolların xüsusiyyətlərini dərindən duyması və onlara özünəməxsus tərzdə səhnə həyatı verməsi sayəsində Firəngiz xanım musiqisevərlərin rəğbət və məhəbbətini qazanıb.

Uzun illər ərzində Firəngiz Əhmədova dərin tarixi köklərə malik Azərbaycan ifaçılıq məktəbinin inkişafı naminə istedad və bacarığını əsirgəməyib. O, ölkəmizin hüdudlarından uzaqlarda dünyanın mötəbər konsert salonlarındakı çıxışları ilə Azərbaycan mədəniyyətini layiqincə təmsil edib.

Firəngiz Əhmədovanın yaradıcılığı yeni sənətkarlar nəsli üçün daim örnək olub. Azərbaycan vokal ifaçılarının bütöv bir nəsli onun zəngin təcrübəsindən faydalanaraq opera sənətinin inkişafına öz töhfələrini verib.

Firəngiz Əhmədova ictimai xadim kimi də səmərəli fəaliyyət göstərib. O, 4-cü çağırış SSRİ Ali Sovetinə və 5-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib.

Ölkəmizdə opera sənətinin inkişafı sahəsində nailiyyətlərinə görə o, müxtəlif orden və medallara layiq görülüb, o cümlədən müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

Görkəmli opera müğənnisi Firəngiz Əhmədova 2011-ci il dekabrın 16-da ömrünün 84-cü ilində vəfat edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM