26 Fevral 2012 01:02
325
SİYASƏT
A- A+

Kiyevdə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı BMT-nin və ATƏT-in nümayəndəliklərinə qətnamə təqdim olunmuşdur

 

Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində Ukraynanın müxtəlif vilayət və şəhərlərində silsilə tədbirlər davam etdirilir.

AzərTAc xəbər verir ki,  Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə BMT-nin və ATƏT-in Kiyevdəki nümayəndəliklərinin qarşısında etiraz aksiyası keçirilmişdir.

Tədbirin iştirakçıları erməni qəsbkarlarının tarix boyu Azərbaycan xalqına qarşı törətdikləri işğalçılıq və soyqırımı siyasətinə görə cavab verməli olduqları, XX əsrin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması ilə bağlı şüarlar səsləndirmişlər.

Kiyevin mərkəzindən BMT-nin və ATƏT-in Ukraynadakı  nümayəndəliklərinin yerləşdiyi əraziyədək yürüş edən bu ölkədə yaşayan azərbaycanlı gənclər və Ukrayna Azərbaycanlıları Konqresinin fəalları soyqırımından 20 il ötməsinə baxmayaraq, ermənilərin Xocalıda törətdikləri bəşəri cinayətə hüquqi-siyasi qiymət verməyən beynəlxalq təşkilatları ikili staındartlardan əl çəkməyə çağırmışlar. Həmvətənlərimiz BMT-dən və ATƏT-dən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Xocalı soyqırımı ilə bağlı ədalətli qərarın qəbul olunmasını tələb etmişlər.

Tədbirdə ötən 20 ildə ermənilərin Xocalıda törətdikləri cinayətə göz yuman BMT-yə və ATƏT-ə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Ukrayna Azərbaycanlıları Konqresi tərəfindən hazırlanmış 2,5 metr uzunluğundakı rəmzi qətnamə təqdim edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video