09:22 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

KİV: Sudanda dövlət çevrilişinə uğursuz cəhd olub
ANA SƏHİFƏ / DÜNYA
12:37 21.09.2021

 

Sudanda dövlət çevrilişinə uğursuz cəhd göstərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Al Arabiya telekanalı ölkənin silahlı qüvvələrinə istinadla məlumat yayıb. Telekanalın xəbərinə görə, qiyam uğursuz alınıb, “ordu və nizami qoşunlar vəziyyəti nəzarətdə saxlayır”. Həmçinin bildirilir ki, Xartumun küçələrinə tanklar çıxıb, hərbi qulluqçular Nil çayı üzərindəki körpüləri qisa müddət bağlı saxlayıb.

Silahlı qüvvələrin komandanlığı və ölkəni idarə edən suveren keçid Şurası dövlət televiziyası ilə xalqa müraciət edərək, ölkənin müdafiəsində dayanmağa çağırıb. Bununla yanaşı, qeyd olunur ki, hökumət və Şura üzvləri adi rejimdə işləyirlər.

Telekanalın ilkin informasiyasına əsasən, çevriliş cəhdinin arxasında bir qrup funksioner və sabiq prezident Omar əl-Bəşir rejiminin tərəfdarları dayanır, tank əleyhinə qoşunların bir neçə zabiti saxlanılıb.

Qiyamçılar dövlət radio stansiyasının binasını da tutmağa cəhd göstəriblər, lakin bunu bacarmayıblar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM