19 Aprel 2021 17:46
606
DÜNYA
A- A+

Keyptaun Universitetindəki Caqqer kitabxanası yanıb  

 Cənubi Afrika Respublikasının paytaxtı Keyptaunda baş vermiş yanğın nəticəsində Keyptaun Universiteti (UCT) də zərər çəkib.

AZƏRTAC xəbər verir ki, alov bir neçə binanı, o cümlədən 200 illik tarixə malik olan məşhur Caqqer kitabxanasını da bürüyüb.

Qitədə ən yaxşı ali məktəblərdən biri hesab edilən bu universitetin əsas binaları yanğın baş verən ərazinin yaxınlığında, İblis piki yamaclarında yerləşir. Universitetin bütün tələbələri təxliyə edilib. Hakimiyyət orqanlarının məlumatına görə, yanğınsöndürənlərdən biri xəsarət alıb.

Yerli hakimiyyət orqanları tərəfindən “twitter” şəbəkəsində yerləşdirilmiş videoda Universitetin köhnə binasının alova büründüyünü görmək mümkündür. Rəsmilərin sözlərinə görə, hazırda vəziyyətə nəzarət edilir.

Universitetin saytında dərc olunmuş məlumata görə, yanmış binada afrikanistika kitabxanası, əlyazmalar və arxivlər, nadir kitablar və xüsusi kolleksiyalar, habelə Dövlət Nəşrləri Departamenti yerləşirdi. Nadir kitablar kolleksiyasında 1535-ci ildə Hollandiyada nəşr edilmiş Bibliya nüsxəsi də olub. Cənubi Afrikada ən qədim və çox nadir kitab hesab edilən bu nəşr Vaxtilə qadağan olunub, onun tapılmış nüsxələrinin hamısı yandırılıb, naşir isə ölüm cəzasına məhkum edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video