01 Noyabr 2011 02:11
370
DÜNYA
A- A+

Keniya aviasiyası Somali şəhərini bombaladı

 

Keniya hərbi hava qüvvələri Somalinin Cilib şəhərinə zərbə endirmişdir. Bu barədə "Röyter" agentliyi xəbər verir. Məlumata görə, bombardman zamanı 12 nəfər, o cümlədən 6 uşaq həlak olmuş, 52 nəfər yaralanmışdır. Keniya ordusunun nümayəndələri bu məlumatı hələ ki təsdiq etməmişlər.

Yerli sakinlərin dediyinə görə, raket zərbələrindən biri "əş-Şəbab" islamçı qruplaşmasının bazasına, digəri isə yaxınlıqdakı qaçqın düşərgəsinə endirilmişdir.

Xatırladaq ki, ötən ayın ortalarında Keniya ekstremistlərə qarşı genişmiqyaslı əməliyyata başlamaq üçün Somaliyə qoşunlarını yeritmişdir. Buna səbəb kimi Keniya ərazisində tez-tez adamların oğurlanması və sərhədyanı zonada Keniya hərbçilərinə hücumlar göstərilir.

Keniya hakimiyyət orqanları Somalidə əməliyyatın başa çatması müddətini hələ ki açıqlamır. Deyilənə görə, terrorçular tamamilə məhv edilməyənədək hərbi əməliyyat davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video