08 Dekabr 2019 02:10
1817
Oxucu məktubları
A- A+

Kəndimizdə məktəb yoxdur


Kəndimiz Bərdə şəhərinin yaxınlığında yerləşir. Evlərə təbii qaz, elektrik enerjisi fasiləsiz verilir, yollara asfalt örtük çəkilib. Bütün bunlar çox yaxşıdır və camaat bunu dövlətin qayğısı kimi çox yüksək qiymətləndirir.

Lakin neçə illərdir sakinləri düşündürən, narahat edən bir məsələ hələ də öz həllini tapmayıb. Kəndimizdə məktəb yoxdur! Kənd uşaqları oxumaq üçün kilometrlərlə yol qət edib şəhər məktəblərinə üz tuturlar. Yolları da dəmiryol xəttinin üstündən keçir. Dəmir yolunun üstündə isə keçid yoxdur. Kəndin sakinləri dəmir yolundan keçərkən dəfələrlə bədbəxt hadisələr baş verib, hətta həyatını itirənlər də olub.

Hörmətli redaksiya!

Məktəb tikintisi ilə bağlı rayon rəhbərliyinə, respublikanın əlaqədar dövlət qurumlarına dəfələrlə müraciətlər edilsə də, nəticəsi yoxdur! Ümidimiz sizə qalıb.

Fərid HÜSEYNOV,

Bərdə rayonu Alaçadırlı kəndi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video