22 Avqust 2021 00:24
1290
Səhiyyə
A- A+

Keçmişdən gələn dad

 

Azərbaycan mətbəxinin əsas ərzaqlarından sayılan kərə yağı xörəklərə ləzzət və ətir qatmaqla yanaşı, faydaları ilə də diqqət çəkir.

Mədə xorası və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə həkimlər, adətən, kərə yağı qəbul etməyi məsləhət görürlər. Çünki kərə yağı mədə-bağırsaq infeksiyalarını aradan qaldırır və mikrobloranı normallaşdırır. Bu yağ orqanizmin şişlərə qarşı müqavimət gücünü artırır, tərkibində olan laurin turşusu sayəsində göbələklərin artmasının qarşısını alır, dərinin vəziyyətini yaxşılaşdırır. Bu turşu kandidoza qarşı mübarizə aparır, eyni zamanda immun sistemini yaxşılaşdırır.

Kərə yağının tərkibi D vitamini ilə zəngindir. D vitamini diş və sümüklər, görmə qabiliyyəti üçün faydalıdır.

“Lipids in Health and Disease” nəşrində dərc olunmuş araşdırma göstərib ki, əridilmiş kərə yağının tərkibində olan butan turşusu insulini sağlam səviyyədə saxlamağa yardım edir və öd kisəsinin fəaliyyətini yaxşılaşdırır. İmmun sisteminə də müsbət təsir göstərərək onun fəaliyyətini aktivləşdirir.

Son elmi araşdırmalar sübut edib ki, xərçəngin əsas səbəbi iltihabdır. Əridilmiş kərə yağı orqanizmin toxumalarını möhkəmləndirmək və iltihabı azaltmaq xüsusiyyətlərinə malikdir.

Hindistanda isə əridilmiş kərə yağı (“qxi”) əsrlərboyu həm qida, həm də müalicəvi vasitə kimi çox geniş istifadə olunur. Bu yağ ilə öskürəkdən tutmuş sonsuzluğa qədər onlarca xəstəlikləri müalicə edirlər.

Amma kərə yağının həddindən çox qəbulu tərkibindəki xolesterinə görə, qan-damar sisteminin xəstəliklərinə və daxili orqanların zədələnməsinə səbəb ola bilər. Normadan artıq kərə yağı qəbul etmək damarların daxili divarlarında problem yaranmasına səbəb olur və orqanizmdə aterosklerotik proses başlayır. Nəticədə insult, infarkt, tromb kimi ağır hallar meydana çıxır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video