28 Fevral 2012 12:02
296
SİYASƏT
A- A+

Kaunasda Xocalı soyqırımına həsr olunmuş yürüş təşkil olunmuşdur

 

Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, bu ölkənin ikinci böyük şəhəri olan Kaunasın mərkəzində - Laisves (Azadlıq) prospektində Litvada təhsil alan azərbaycanlı tələbələrin təşəbbüs qrupu tərəfindən Xocalı soyqırımına həsr olunmuş yürüş keçirilmişdir.

Laisves prospektinin hər iki tərəfindəki divarlara 613 ədəd şəkil yerləşdirilmiş, üzərində Xocalı soyqırımı qurbanlarının doğum tarixi və onların 1992-ci il fevralın 25-dən 26-na keçən gecə  ermənilər tərəfindən amansızlıqla qətlə yetirilməsi öz əksini tapmışdır. Burada Litva və ingilis dillərində posterlər, şüarlar asılmış, Kaunas sakinlərinə bukletlər paylanmışdır.

Kaunas meriyası tərəfindən icazə verilən yürüşə azərbaycanlı tələbələrlə yanaşı, türk və litvalı gəncləri də qatılmışlar. Əllərində Azərbaycan və Türkiyə bayraqları olan gənclər "Xocalıya ədalət!", "Ermənistanın işğalına son!", "Qarabağa - evimə qayıtmaq istəyirəm!" sloqanları səsləndirmişlər. Şaxtalı hava şəraitində keçən tədbirdə üzərində "Xocalıya ədalət!" və Xocalı faciəsinə dair məlumatlar olan qablarda  litvalılara çay və qəhvə paylanılmışdır.

Azərbaycanlı tələbələrin təşəbbüs qrupunun fəalları Samir Musayev, Toğrul Musayev, Əli Əlizadə və başqaları Litva ictimaiyyətinin nümayəndələrinə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər haqqında məlumat vermişlər.

Tədbir Azərbaycan Respublikasının Litvadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuşdur.

Litvanın ən nüfuzlu və çoxtirajlı KİV-lərindən olan "Lietuvos rytas" qəzetinin internet portalında çoxsaylı şəkillərlə bərabər, Xocalı soyqırımı və yürüş barədə məqalə dərc olunmuşdur.

 

Nigar HÜSEYNOVA,

AzərTAc-ın xüsusi müxbiri

 

Kaunas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video