12 Noyabr 2011 03:11
379
İDMAN
A- A+

Karateçilər vətənə medallarla qayıtdılar

 

Rusiyanın paytaxtı Moskvada karate üzrə beynəlxalq turnir başa çatmışdır. Turnirdə 8 idmançı ilə iştirak etmiş komandamızın hər bir üzvü medal qazanmışdır.

Minə yaxın idmançının qatıldığı yarışdan karateçilərimiz vətənə iki qızıl, iki gümüş və dörd bürünc medalla qayıtmışlar. Yeniyetmələrin şəxsi kata yarışında Vüsal Rəhimov, veteranların yarışında isə Rafael Məmmədov uğurla çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Rafael Məmmədov şəxsi kumite yarışında da qüvvəsini sınamışdır. O, Ukrayna, Belarus və Gürcüstan idmançılarına qalib gələrək yarımfinala yüksəlmişdir. Bu mərhələdə Rusiya təmsilçisinə məğlub olan idmançımız bürünc medalla kifayətlənmişdir.

Eyvaz Əşrəfli şəxsi kata yarışında və Murad Balakişiyev şəxsi kumite yarışında gümüş medala sahib olmuşlar. Bürünc medalları komandamıza Elvin Eyvazov, Həsən və Hüseyn Xıdırov qardaşları qazandırmışlar.

Medalların sayına görə milli komandamız 4-cü yeri tutmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video