28 Iyul 2021 00:23
650
İDMAN
A- A+

“Karateçi Rafael Ağayevə azarkeşlik edirəm”

 

“Bir çox idman növü ilə məşğul olmuşam. Gənclik illərində kendo, badminton və üzgüçülüyə getmişəm”. Bunu Yaponiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada deyib.

Azərbaycan Milli Olimpiya Komitəsinin “Zəfər günləri” layihəsinin qonağı olan səfir Yaponiyanın Olimpiadada uğurlu start götürdüyünü söyləyib: “Yaponiya yığması Olimpiadada çox yaxşı start götürüb. Yarışın ev sahibi olan ölkə kimi də idmançıların ən yüksək səviyyədə hazırlıq keçməsinə şərait yaradılıb. Bu uğurlu çıxış da hazırlığın nəticəsidir”.

Cuniçi Vada “Tokio-2020”də azərbaycanlı karateçilərdən medallar gözlədiyini bildirib: “Özümün də vaxtilə məşğul olduğum badminton növündə dünyanın bir nömrələrindən sayılan Kento Momota pərəstiş edirəm. Azərbaycan idmançılarından isə bir çoxları tərəfindən bəyənilən karateçi Rafael Ağayevə azarkeşlik edirəm. Düşünürəm ki, Olimpiya idman növlərinə ilk dəfə daxil olan karate növündə Azərbaycanın da güclü idmançıları var. Komandanız karate yarışlarında uğurlar qazanacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video