02 Oktyabr 2021 00:33
1327
Elm və texnika
A- A+

Kameralı eynəklər

 

“Facebook” sosial şəbəkəsi klassik eynəkləri ilə məşhur olan “RayBan” şirkəti ilə birlikdə maraqlı bir yeniliyə imza atıb. Görünüş etibarilə gün eynəklərindən fərqlənməyən bu gözlüklərin qeyri-adiliyi foto və video çəkməsidir. İstifadəçi mobil telefonuna “Facebook View” proqramını yükləyir. Daha sonra eynəyin üzərində olan düyməyə basaraq və yaxud, sadəcə, “Facebook, video çək” deyərək cihazı işə salır. 5 meqapiksel kamera ilə çəkilən şəkillər dərhal “Facebook”, yaxud istifadəçinin seçdiyi digər proqramlara yüklənilir. Enerji tutumu 6 saat olan eynəklərin yaddaşı təxminən 500 şəkil və ya 30 saniyəlik 30 video saxlaya bilmə qabiliyyətinə sahibdir.

RayBan Storiesadlandırılan eynəklər yaxın günlərdə ABŞ, Kanada, Böyük Britaniya, İtaliya, İrlandiya Avstraliyada satışa çıxarılacaq. Model çərçivələri isə üz quruluşlarına zövqlərinə uyğun olaraq alıcılar özləri seçəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video