25 Aprel 2021 02:20
1368
Elm və texnika
A- A+

Kağızın və kitabın vətəni

 

Barıtın Çində icadı hamıya məlumdur. Ancaq çox adam bilmir ki, kağızın ixtirası da qədim Çində baş verib.

Bu ixtiranı eramızdan əvvəl 105-ci ildə edən Tsay Lun kağızı tut ağacının lifləri, ağacın külü və çətənə lifini qarışdırmaqla əldə edib. Çinlilər kağızın hazırlanmasının sirrini uzun müddət gizli saxlayıblar.

Ərəblərin sayəsində VIII-IX əsrlərdə kağızdan geniş istifadə olunmağa başlanılıb. Belə ki, 751-ci ildə Tyan-Şan dağları ətəyində Çin Ordusu ilə ərəb ordusu arasında baş verən döyüşdə ərəblər bir necə çinli kağız sənətkarını əsir götürərək onlardan kağızın hazırlanma sirrini öyrənirlər. Bundan sonra kağız istehsalı dünyada geniş yayılmağa başlayıb.

İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən yaradılıb. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-cı ildə Əndəlüsdə (İspaniya), 1100-cü ildə Bizansda, 1102-ci ildə Siciliyada, 1228-ci ildə Almaniyada, 1309-cu ildə isə İngiltərədə fəaliyyətə başlayıb.

İlk qədim kitab da Çində 868-ci ildə yaradılıb. Onun müəllifi Bah Tsze olub. 1041-1048-ci illərdə Çin sənətkarı Bi Şen ayrı-ayrı heroqliflərlə kitab çapının əsasını qoyub. XI əsrdən etibarən ayn-ayrı heroqliflərdən ibarət yığma şriftlər ixtira edilib. VIII əsrdə Çinin paytaxtında “Paytaxt xəbərləri” ilk gündəlik qəzeti çap olunmağa başlayıb.

Çin dənizçiləri qədimdə ixtira edilmiş kompası XI əsrdə işlədirdilər. Çində II əsrdə seysmoskop, III əsrdə spidometr ixtira edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video