27 Avqust 2021 10:54
440
DÜNYA
A- A+

Kabildə terror aktları nəticəsində 12 ABŞ hərbçisi həlak olub

 

Kabildə terror aktları nəticəsində 12 ABŞ hərbi qulluqçusu həlak olub, daha 15-i yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ silahlı qüvvələrinin mərkəzi komandanlığının rəhbəri general Kenned Makkenzi çərşənbə axşamı günü Pentaqonda jurnalistlər üçün brifinqdə məlumat verib. O deyib ki, Kabil aeroportu yaxınlığında baş verən birinci partlayışdan sonra İŞİD silahlıları dinc sakinlərə və hərbi qulluqçulara atəş açıblar.

“Hücum nəticəsində bizim 12 hərbi qulluqçumuz həlak olub, daha 15 hərbi qulluqçu isə yaralanıb”, - deyə general bildirib. Onun sözlərinə görə hücum nəticəsində bir neçə əfqan vətəndaşı öldürülüb və yaralanıb.

General qeyd edib ki, biz hazırda itkiləri hesablayırıq. Onların ümumi sayı barədə dəqiq məlumata malik deyilik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video