27 Avqust 2021 16:32
478
DÜNYA
A- A+

“Joğovord” qəzeti Paşinyanın parlamentdə müxalifəti susdurmaq planından yazıb

 

Ermənistan hökuməti seçkilərdən dərhal sonra yeni formalaşacaq parlament müxalifətinin iddiaları fonunda sürprizlərdən sığortalanmaq üçün kompleks tədbirlər planı hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bu iddia ilə bu ölkənin “Joğovord” qəzeti çıxış edib.

Qəzetin iddiasına görə, hakimiyyət müxalifətin neytrallaşdırılması, yarana biləcək qarşıdurmanın minimuma endirilməsi, ram olunması məsələlərini müzakirə edir.

"Nikol Paşinyan iyul ayında yeni parlamentin iş sxemini də hazırlayıb, vaxtaşırı olaraq komandada rəhbərliyə daxil olan şəxslər dəvət olunaraq və bu məsələ müzakirə edilib. Məhz həmin vaxtlarda parlamentə rəhbərlik məsələsi təsdiq olunub. Paşinyandan sonra ikinci "natiq" kimi tanınan Alen Simonyanın kifayət qədər aqressiv olması, müxalifəti ram edəcək “keyfiyyətləri” nəzərə alınaraq onun parlament sədrliyi məsələsi həllini tapıb. Onun müavinləri də təxminən oxşar göstəricilərinə görə müəyyənləşib. Parlamentdə “hücum dəstələri” yaradılması ideyası da o müzakirələrin aparıcı mövzularından olub. Qərara gəlinib ki, istənilən vaxt müxalifəti susdurmağa və onları məğlub etməyə hazır olan “qırğılar”dan ibarət xüsusi qrup yaradılsın. İqtidarın “intellektual dəstəsini” formalaşdırmaq ideyası da belə müşavirələrdən birində yaranıb və dərhal həlini tapıb.

Aparılan müzakirələrdə jurnalistlərin hərəkətini məhdudlaşdırılması, onların “lokallaşdırılması” məsələsi ortaya çıxıb və bu “xırda məsələnin” həlli təhlükəsizlik xidməti əməkdaşlarına həvalə edilib”, - deyə qəzet yazır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video