09 Oktyabr 2013 12:10
395
PARLAMENT
A- A+

İtaliya Senatının 9 oktyabr prezident seçkilərini izləyəcək müşahidə missiyasının üzvləri Milli Məclisdə olmuşlar

 

Oktyabrın 8-də Milli Məclisin Sədri Oqtay Əsədov oktyabrın 9-da keçiriləcək prezident seçkilərini müşahidə edəcək İtaliya Senatının üzvləri ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, İtaliya parlamentinin üzvlərini Bakıda görməkdən məmnunluğunu ifadə edən O.Əsədov indiyədək Azərbaycanda 6 dəfə prezident, 4 dəfə parlament seçkiləri keçirildiyini demişdir. Bu seçkilərdə Azərbaycan böyük təcrübə qazanmışdır. Əldə olunan təcrübə onu deməyə əsas verir ki, oktyabrın 9-da keçiriləcək 7-ci prezident seçkiləri də demokratik qaydada və şəffaflıq şəraitində reallaşacaqdır.

Azərbaycan ilə İtaliya arasındakı əlaqələrə toxunan Milli Məclisin Sədri bildirmişdir ki, rəsmi Bakı ilə Roma arasındakı əlaqələr yüksək səviyyədədir. İki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 3 milyard dollardan çoxdur.

Azərbaycanın "Şahdəniz" yatağından hasil ediləcək qaz Trans-Adriatik qaz kəməri vasitəsi ilə İtaliya ərazisindən keçərək Avropaya ixrac olunacaqdır. Bu kəmər Azərbaycan ilə İtaliyanın enerji sahəsində də əməkdaşlığına geniş imkanlar yaradacaqdır.

İtaliya Senatının üzvü Sergio Di Vina səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək demişdir ki, iki il əvvəl Bakıda olmuşdur. Budəfəki səfəri zamanı isə xeyli dəyişikliyin baş verdiyini görmüşdür.

Bildirilmişdir ki, Azərbaycan inkişafın yüksək mərhələsinə qədəm qoymuşdur ki, bu da İtaliya sərmayədarlarının marağına səbəb olmuşdur.

Senator seçki məntəqələrindəki seçkilərə hazırlığın yüksək səviyyədə olmasını müşahidə etdiyini və buna görə də prezident seçkilərinin şəffaf qaydada keçəcəyinə şübhə etmədiyini diqqətə çatdırmışdır.

Görüşdə Azərbaycan ilə İtaliyanın qarşılıqlı əməkdaşlığının perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video