18 Oktyabr 2021 15:37
745
CƏMİYYƏT
A- A+

İstanbulda keçirilən konfransda Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün tarixindən danışılıb

 

Oktyabrın 18-də İstanbulda Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə "Azərbaycanın bu gün və yaxın keçmişdə qazandığı dəyərlər" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin tarixi Yıldız Teknik Universitetində keçirilən konfrans ölkəmizin İstanbuldakı baş konsulluğu tərəfindən təşkil edilib.

Tədbirdə müstəqilliyin bərpası uğrunda canından keçənlərin, həmçinin 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.

İştirakçıları salamlayan baş konsul Nərminə Mustafayeva Vətənini, xalqını sevən hər bir kəs üçün onun azadlığından daha vacib amilin olmadığını vurğulayıb, Azərbaycanın müstəqillik tarixinin XX əsrin əvvəllərinə aid olduğu, ölkəmizin Qafqazın ilk müstəqil respublikası kimi tarixə düşdüyünü xatırladıb.

Qeyd edilib ki, qazanılan ilk müstəqilliyin qısa sürməsinə baxmayaraq, bu dövr ərzində bir çox qurumlar yaradılıb. Azərbaycan müstəqilliyini 30 il əvvəl bərpa edib. Burada ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri, atdığı təməllər üzərində qurulan yeni azad Azərbaycan illər keçdikcə daha da güclənərək dünyanın qabaqcıl ölkələri sırasına çıxıb. Hazırda Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan 30 ilə yaxın davam edən işğala Ali Baş Komandanın rəhbərliyi ilə son qoyub və 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa edib.

Tədbir panel iclasla davam edib. Siyasi analitik, Türkiyənin "A news" media şirkətinin redaktoru Səidə Zahidovanın moderatorluğu ilə baş tutan paneldə Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü professor Musa Qasımlı, “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza, Türkiyənin Prezident Administrasiyasının Təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü, Yeditəpə Universitetinin Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Mesut Hakkı Caşin, Boğaziçi Universitetinin rektorunun müavini Gürkan Kumbaraoğlu iştirakçılara Azərbaycanın müstəqillik yolu haqqında geniş məlumat veriblər.

Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.

Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi akademik Asəf Hacıyev, “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver, Türkiyənin müxtəlif universitetlərinin rektorları, diplomatik korpusun nümayəndələri, Türkiyədə fəaliyyət göstərən və yaşaya həmvətənlərimiz, eləcə də Türkiyə ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video