18 Avqust 2021 12:52
608
SİYASƏT
A- A+

İstanbulda keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycanın stendinə xüsusi maraq var

 

İstanbulda keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan sərgidə öz müdafiə sənayesi məhsulları ilə təmsil olunur. Digər illərdən fərqli olaraq ölkəmiz bu il sərgidə 44 günlük Vətən müharibəsində istifadə olunan silahları da nümayiş etdirir. Bundan əlavə builki məhsullar arasında yeniliklərdən biri də snayper tüfəngidir ki, onu digər silahlardan fərqləndirən xüsusiyyəti iki min metr məsafədə hədəfi vurur və adi snayper silahlarından fərqli olaraq güllə deyil, mərmi atır. Belə ki, mərmi iki min metrlik məsafədə on metrlik radiusda hədəfi tamamilə məhv edir. Bundan əlavə sərgidə Azərbaycan stendində müxtəlif çaplı toplar, silahlar, əl qumbaraları, kambinə olunmuş döyüş patronlar və digər döyüş ləvazimatları sərgilənir.

Bir çox ölkənin təmsil olunduğu tədbirdə Azərbaycan stendinə xüsusi maraq göstərilir.

Tədbir avqustun 20-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video