10:52 07 May 2021
ONLINE XƏBƏR LENTİ
00:49 07.05.2021

Azərbaycanın xilaskarı


00:40 07.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İsrailli jurnalistlər Azərbaycanın erməni işğalından azad olunan ərazilərində səfərdədirlər
ANA SƏHİFƏ / SİYASƏT
14:27 20.04.2021

 

İsrailli jurnalistlər Ağdamda ermənilərin dağıtdıqları məscidlərdə olublar.

AZƏRTAC xəbər verir ki, “Israel Hayom” qəzetinin müxbiri Din Şmuel Elmas, “The Jerusalem Post” və “The Jewish Press” nəşrlərinin siyasi şərhçisi, “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru Arye Qut Ağdamın Cümə məscidində və Qiyaslı kəndindəki məsciddə olub, Azərbaycanın mədəni və tarixi irsinə qarşı ermənilərin vəhşicəsinə rəftarının dəhşətli nəticələrinə münasibət bildiriblər.

İsrailli jurnalistlər ermənilərin məscidlərdə törətdikləri vandallıq və neonasizmin canlı şahidinə çevrilib, həmçinin digər dağıdılmış yerlərdə olublar.

Arye Qutun sözlərinə görə, Ağdam 27 il amansız erməni işğalından sonra “kabus şəhər”ə çevrilib.

O deyib: “1990-cı illərin əvvəlində Ermənistan azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə apararaq, Dağlıq Qarabağı işğal edib. Azərbaycanın bir milyondan çox vətəndaşı öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu, - bu isə əzəli Azərbaycan ərazilərinin 20 faizi deməkdir, - Ermənistan tərəfindən işğal edilib, dağıdılıb və məhv edilib.

Bu gün mən ermənilərin 29 il bundan əvvəl o dəhşətli, müdhiş və soyuq gecədə Ağdamın yaxınlığında – Xocalıda azərbaycanlıları məhv etdikləri yeri ilk dəfə yaxından gördüm. Dostum Şmuellə bərabər Ağdamda Xocalı soyqırımı qurbanlarının dəfn olunduğu qəbiristanlığı ziyarət etdim. Xocalıda törədilən soyqırımında bir gecədə 613 azərbaycanlı qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 dinc sakin əsir götürülərək təhqir və alçaldıcı hərəkətlərə məruz qalıblar. Bu, dəhşətli və dözülməz mənzərə idi.

Bu insanların yeganə “təqsiri” onların azərbaycanlı olmalarında idi. Erməni vandallar qəbiristanlıqları dağıdıb və murdarlayıb, alçaldılmış və təhqir edilmiş soyqırımı qurbanlarının qəbirlərini sökərək, dişlərində qızıl tapmaq ümidi ilə cəsədləri çıxarırdılar. Siz özünüz baxıb əmin ola bilərsiniz ki, onlar qəbirüstü abidələrdəki şəkilləri snayper silahı ilə yaxın məsafədən necə atəşə tutublar. Sanki onlar artıq həyatda olmayan azərbaycanlılardan da qorxurdular. Bu, ermənilərin heç yerə sığmayan nifrətinin və qəzəbinin sübutudur.

Ermənistanın qabaqcadan düşünülmüş siyasəti - işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni və dini irsinin məhv edilməsi, dağıdılması, təhqir olunması nəticəsində memarlıq abidələri, mədəni və tarixi abidələr, məscidlər və nadir əlyazmalar məhv edilib və erməni vandallığına məruz qalıb. Dünya birliyinin, beynəlxalq təşkilatların bu vəziyyətə etinasız yanaşmağa haqları yoxdur. Dünya bu həqiqətdən xəbərdar olmalıdır və biz mütləq Azərbaycana kömək edəcəyik”.

Bu gün israilli jurnalistlər erməni işğalından azad olunmuş Füzuli, Cəbrayıl və Zəngilana səfər edəcəklər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM