17 Sentyabr 2021 14:38
659
SİYASƏT
A- A+

İsrailli ekspert: Füzuli beynəlxalq aeroportu yeni Qarabağın bərpasında çox mühüm mərhələdir, lakin sonuncu mərhələ deyil

 

“Bu yaxınlarda Azərbaycana səfərim zamanı Qarabağ bölgəsində Füzuli beynəlxalq aeroportunun yaradılması ilə bağlı tikinti işlərinin şahidi oldum. Füzuli Birinci Qarabağ müharibəsi dövründə dağıdılmış və məhv edilmiş şəhərlərdən biri olub. Erməni ordusu işğal illərində bu ərazidə çox geniş tank tunellərindən və saysız-hesabsız minalardan başda heç nə qoymayıb”.

AZƏRTAC xəbər verir ki, israilli xanım jurnalist Raxel Avraam bu sözləri beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut ilə Amerika-İsrail nüfuzlu “The Jewish Press” mediaplatforması üçün müsahibəyə giriş kimi yazır.

Arye Qut deyib: “Azərbaycan hava yollarına məxsus A340-500 nömrəli Airbus təyyarəsinin Bakıdan havaya qalxması və Füzulidə yerə enməsi əlamətdar və tarixi hadisədir.

Azərbaycan KİV-nin məlumatına görə, bu təyyarəyə “Qarabağ” adı verilib. “Silk Way Airlines” aviaşirkətinə məxsus “Boing 747-499” təyyarəsi də Füzuli beynəlxalq hava limanında yerə enib. Hazırda bu təyyarə Azərbaycanın işğaldan azad olunmuş və bərpa edilən Qarabağ regionuna müntəzəm reyslər etməyə başlayıb.

İsrailli ekspert deyib: “İşğaldan azad edilmiş ərazidə bircə salamat bina, uşaq bağçası və ya məktəb, kitabxana və muzey salamat qalmayıb. İşğalçı erməni ordusu qarət və vandalizmlə məşğul olub, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan kimi şəhərləri yer üzündən silib. Erməni işğalçıları 28 il ərzində kütləvi vandalizm, ekoloji və mədəni soyqırımı törədərək Azərbaycanın bu gözəl regionunu viran qoyublar. Arye Qutun sözlərinə görə, Füzulidəki aeroportun ətrafındakı ərazi hələ də ermənilərin basdırdığı mina və mərmilərlə doludur.

İsrailli jurnalistlər 1350 kilometrlik azad edilmiş ərazidə işğal, vandalizm mənzərələrini görüblər. İsrailli ekspert ritorik sual verir: “Əgər ermənilər bu əraziləri “özlərininki” adlandırırlarsa, nəyə görə bu ərazilər məhz erməni işğalından sonra belə kabus-şəhərlərə oxşayır?!”

İsrailli ekspert vurğulayıb: “Füzulidə aeroportun açılması yeni Qarabağın bərpasında, bu regionun inkişaf etmiş infrastruktura və iqtisadiyyata malik çiçəklənən diyara çevrilməsində çox mühüm mərhələdir, lakin sonuncu mərhələ deyil. Gələcəkdə Füzuli beynəlxalq aeroportu Qarabağın mərkəzi nəqliyyat qovşağına çevriləcək, Azərbaycanla həmhüdud dövlətlərlə yanaşı bir sıra başqa ölkələrdən sərnişin və yük daşınması xidmətləri göstərəcək”.

Qutun sözlərinə görə, Füzuli beynəlxalq aeroportunda uzunluğu 3000 metr və eni 60 metr olan uçma-enmə zolağı salınıb. Aeroport instrumental minik və naviqasiya sistemləri, işıqlandırmanın idarə edilməsi, habelə İKAO-nun bütün tələblərinə uyğun ilkin və ikinci radiolokasiya sistemləri ilə tam təchiz olunub. Sahəsi 60 min kvadratmetr olan aeroport istənilən tipli təyyarələri qəbul edə biləcək.

Arye Qut müsahibəsinin sonunda deyib: “Hava hərəkətinin idarə edilməsi üçün avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş qüllənin tikintisi başa çatıb. Bundan əlavə, Füzuli beynəlxalq aeroportunu Şuşa şəhəri ilə birləşdirən avtomobil yolu çəkilir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video