24 Fevral 2021 01:05
720
DÜNYA
A- A+

İsraildə böyük ekofəlakət

 

Onlarca ton mazut Aralıq dənizi sahillərini qaraltdı

 

İsrail hökuməti 170 kilometrlik Aralıq dənizi çimərliklərini bağlamışdır. “Spiegel” həftəliyi yazır ki, belə bir qərarın qəbul olunmasına səbəb sahil sularının on tonlarla neft məhsulları ilə çirklənməsidir.

Yerli hakimiyyət orqanları məlumat verir ki, bu, son onilliklər ərzində dənizdə çoxlu sayda dəniz heyvanlarının - tısbağaların, balıqlar və quşların, hətta 17 metrlik fin balinasının öldüyü ən böyük fəlakətlərdən biridir.

Ötən həftə güclü tufandan sonra İsrailin sahil xəttinin böyük bir hissəsində mazut laxtaları aşkarlanmışdır. Tufan indi də bütün sahil boyunca mazutu sahilə atıb çıxarır.

Suların çirklənməsi mənbəyi hələ müəyyən edilməyib. Ehtimal olunur ki, bir neçə tanker səhvən və ya bilərəkdən dənizə mazut töküb. Avropa Dəniz Gəmiçiliyinin Təhlükəsizliyi Agentliyindən Tel-Əvivə bildirmişlər ki, çirklənmə İsrail sahillərindən 50 kilometr aralıda baş verə bilərdi. 10 gəmi şübhə altına düşüb. Onlardan hansının problemin yaranmasında günahkar olduğunu tökülən yanacaq nümunələrinin tədqiqi, eləcə də peyk çəkilişləri göstərəcəkdir.

Mütəxəssislərlə yanaşı, minlərlə hərbçi və könüllü çirklənmiş ərazini təmizləməyə başlamışlar. Onların bəziləri, təəssüf ki, zəhərli buxarla nəfəs aldıqlarından xəstəxanaya düşmüşlər. Buna görə səlahiyyətli orqanlar sahildə hər hansı özfəaliyyəti qadağan etmişdir. Könüllülər mütəxəssislərə yalnız yerli administrasiyanın icazəsi ilə müvafiq qoruyucu geyimdə kömək edə bilərlər. Yerli sakinlərdən çirklənmiş çimərliklərə hər hansı məqsədlə yaxınlaşmamaq xahiş olunur. Aralıq dənizinin sahilində idmanla məşğul olmaq, çimmək və istirahət etmək qadağandır.

Ətraf mühitin mühafizəsi naziri Gila Qamliel qeyd etmişdir ki, bu ekoloji problemi bir neçə gündə həll etmək mümkün deyil: “Qarşımızda görüləsi uzun və çətin bir iş var”. Ekologiya Nazirliyi ehtiyatlanır ki, çirklənmiş ərazinin tamamilə təmizlənməsi aylar, hətta illər çəkər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video