13 Oktyabr 2011 07:10
318
DÜNYA
A- A+

İspaniyada Frankonun qalıqlarının eksqumasiyası təxirə salındı

 

İspaniya hakimiyyət orqanları diktator Fransisko Frankonun cəsədinin eksqumasiyası və yenidən dəfn edilməsi məsələsinin həllini təxirə salmışdır. Güman ki, bu məsələ ilə artıq ölkənin yeni parlamenti məşğul olacaq. Bu barədə "El Periodico de Catalunya" qəzeti xəbər verir.

Məlumata görə, Frankonun Şəhidlər xiyabanındakı məzarı başqa yerə köçürüləcək. Memorialın yerində isə muzey yaradılacaq.

Şəhidlər xiyabanı diktatorun özünün təşəbbüsü ilə ötən əsrin 30-cu illərinin sonunda vətəndaş müharibəsində həlak olanların xatirəsini yad etmək üçün salınmışdı. Frankodan başqa orada təxminən 40 min müharibə qurbanının qalıqları dəfn edilmişdi.

1958-ci ildə açılan xiyaban katolik bazilikanın bir hissəsidir.

Frankonun təşəbbüsü ilə yaradılmış memorial milli barışıq ideyasını tərənnüm etməli idi. Ancaq onun inşasında diktatorun əleyhdarları siyahısından olan hərbi əsirlər məcburən işlədilmişlər. Bu isə İspaniya cəmiyyətində xeyli diskussiyalara səbəb olmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video