16 Oktyabr 2021 21:05
987
DÜNYA
A- A+

İspaniya son yüz ildə ən güclü vulkan püskürməsi ilə üzləşib

 

Kanar adalarının Prezidenti Anxel Viktor Torres bildirib ki, İspaniyada son yüz ildə ən güclü vulkan püskürməsi ilə üzləşib. Kumbre-Vyexa vulkanının püskürməsinin nə vaxt başa çatacağının hələ məlum olmadığını bildirən A.Torres vurğulayıb ki, bu təbii fəlakət ölkəyə misli görünməmiş maddi ziyan vurur.

AZƏRTAC xəbər verir ki, son məlumatlara görə, sentyabrın 19-da Kumbre-Vyexa vulkanı püskürəndən bəri adada 7 min nəfər təxliyə edilib. Vulkan lavası 696 hektar sahəyə yayılıb. Bu, adanın ümumi ərazisinin təqribən 10 faizinə bərabərdir. 1548 binanın dağılmasından dəymiş zərərin həcmi 186 milyon avroya bərabərdir.

Hazırda Avropada vulkan püskürməsi qeydə alınmış ərazi təkcə Kanar adaları deyil. Kumbre-Vyexa ilə müqayisədə daha fəal, lakin sakit vulkanlar da var. Mütəxəssislərin hesablamalarına görə, Avropada son 10.000 ildə püskürmüş 175-ə yaxın fəal və ya qeyri-fəal vulkan mövcuddur. Onların bir qismi bir neçə gün, digərləri min illər boyu püskürməyə bilər, lakin onları sönmüş vulkanlar hesab etmək olmaz, çünki geoloji miqyasda 10.000 il o qədər də uzun müddət deyil. Vulkanların çoxu İslandiyadadır. Bu adada təqribən 55 fəal vulkan var. Bu, bütün Avropadakı vulkanların təqribən üçdə biri deməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video