15:42 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İsmayıllıda vaksinasiyanın növbəti mərhələsinə start verilib

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:35 09.02.2021

 

İsmayıllıda da COVID-19 infeksiyasına qarşı vaksinasiyanın növbəti mərhələsinə başlanılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu mərhələdə 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunacaqlar. Xəstəxanada yaradılan peyvənd otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Vaksinasiyanın növbəti mərhələsinin başlandığı gün günortayadək 27 nəfər rayon sakininə peyvənd vurulub.

Qeyd edək ki, təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan əhaliyə - səhiyyə işçilərinə, müəllimlərə, hüquq mühafizə orqanı əməkdaşlarına və yaşı 65-i ötmüş sakinlərə könüllülük əsasında vurulur. Vaksin immuniteti gücləndirmək yolu ilə COVID-19 infeksiyasından insanı qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm hallarını minimuma endirir.

Vaksinasiya zamanı yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə qeydiyyat prosesi randevu.its.gov.az saytında onlayn keçirilir. Randevu sistemi yaşı 65 və yuxarı olan, həmçinin son bir il ərzində COVID-19 analizinin nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulub. Onlayn qeydiyyatdan keçə bilməyən vətəndaşlar isə birbaşa rayon mərkəzi xəstəxanasının infeksion şöbəsinə və yaxud qaynar xəttə müraciət edə bilərlər.

Hazırda rayon icra hakimiyyətinin başçısı yanında yaradılan mobil qruplar tərəfindən yaşı 65-dən yuxarı insanlarla görüşlər keçirilir, vaksinasiya olunmaları üçün maarifləndirilmə işləri davam etdirilir. Habelə, onların razılığı olduğu halda onlayn qeydiyyatdan keçirilməsinə köməklik göstərilir. Bundan əlavə, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə  bildirişlər hazırlanıb vətəndaşlara paylanılır, onlara bu işlərdə lazımi dəstək göstərilir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM