29 Iyul 2020 12:05
1992
Səfərlər
A- A+

İsmayıllıda Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib


İyulun 29-da İsmayıllı rayonunda Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, 3,8 milyon investisiya xərci hesabına tikilmiş 8 kilometrlik yol 2 min 800 nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir. Yolboyu bütün lazımi infrastruktur qurulub. Bu yolun tikintisi həmin kəndlərdə yaşayan əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına əlverişli şərait yaradacaq.

Sonra dövlətimizin başçısına Quşencə-Zoğallıq avtomobil yolunun tikinti layihəsi təqdim olundu.

Bildirildi ki, üç min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 25 iyun tarixli Sərəncamına əsasən, 2,9 milyon manat vəsait ayrılıb və tikinti işləri başa çatıb. Uzunluğu yeddi kilometr olan bu yol yaşayış məntəqələri arasında və rayon mərkəzinə gediş-gəlişi xeyli asanlaşdırıb.

Prezident İlham Əliyevə bütövlükdə ölkə üzrə kənd yollarının tikintisi vəziyyəti barədə də məlumat verildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video