29 Dekabr 2020 14:17
1131
Təhsil
A- A+

İşğaldan azad olunan ərazilərimizin bərpası istiqamətində təhsil müəssisələrinin rolu


Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası istiqamətində ekoloji və mədəni irs sahəsində məktəb və məktəbdənkənar təhsil müəssisələrinin rolu” adlı onlayn dəyirmi masa keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dəyirmi masanın keçirilməsində məqsəd Qarabağın ekoloji terrora məruz qalmış və işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası istiqamətində məktəblilərin ekoloji, regional diyarşünaslıq və mədəniyyət haqqında bilik və bacarıqlarının artırılmasıdır. Eyni zamanda, "Yaşıl şəbəkə” proqramı və "Mədəni irs məktəblilər üçün onlayn platforma”nın əhatə dairəsinin genişləndirilməsi və gücləndirilməsidir. Uşaq və gənclərin ətraf mühitin qorunmasında fəal iştirakının təmin edilməsi, onlara ekoloji tərbiyə və mədəniyyətin aşılanması, diyarşünaslıq, ekoturizmin inkişafı və ətraf mühitin mühafizəsi məqsədilə yerli və beynəlxalq təşkilatlarla birgə 2021-ci ilin l yarısında keçiriləcək silsilə tədbirlərə uşaq və gənclərin cəlb edilməsi də əsas məqsədlərdən olub.

Təhsil nazirinin müavini Firudin Qurbanov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində tarixi qələbəsi ilə həm də Qarabağ ərazilərinin ekoloji vəziyyətinin, milli-mədəni irsimizin bərpası və inkişafının təmin edildiyini vurğulayıb. Nazir müavini bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi dağıdılıb. O cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınmış 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib.

Firudin Qurbanov diqqətə çatdırıb ki, hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunan ərazilərimizin bərpasıdır və bu prosesdə Azərbaycan gəncləri fəal iştirak edəcəklər. Qeyd edib ki, işğaldan azad edilən ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə, işğaldan azad olunan ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməli, mövcud təhsil infrastrukturunun vəziyyəti qiymətləndirilməli və fəaliyyətinin təşkili ilə bağlı planlar hazırlanmalıdır. İşğaldan azad olunan ərazilərdə mövcud problemlərin həlli üçün ciddi tədbirlər görülməli, ekoloji və mədəni irs nümunələrinin vəziyyəti təhlil olunmalıdır. Təbii resurslardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi məsələləri prioritet istiqamətlər arasında ön sıralarda yer almalıdır.

Nazir müavininin sözlərinə görə, Qarabağın ekoloji terrora məruz qalmış və işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası istiqamətində məktəblilərin ekoloji, regional diyarşünaslıq və mədəniyyət haqqında bilik və bacarıqların artırılması, onlarda vətənpərvərlik ruhunun formalaşmasına və gücləndirilməsinə müsbət təsirini göstərəcək.

Daha sonra ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə təqdimatlarla çıxış ediblər.

Dəyirmi masada mövzu ətrafında müzakirələr aparılıb və RUGİM tərəfindən "Yaşıl şəbəkə”, eləcə də "Mədəni irs məktəblilər üçün onlayn platforma”da keçirilən proqramların təqdimatı olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video