30 Oktyabr 2011 12:10
461
DÜNYA
A- A+

İrlandiyada prezident seçkilərində sabiq mədəniyyət naziri qalib gəlir

 

İrlandiyada prezident seçkiləri keçirilmişdir. İlkin məlumata görə, seçkilərdə sabiq mədəniyyət naziri və gənclərlə iş üzrə eks-nazir Maykl Deniel Higgins qalib gəlir. Bu barədə yerli "RTE Nyus" radiostansiyası xəbər verir.

Səsvermə oktyabrın 27-də keçirilmişdir və səslərin hesablanması hələ də davam edir. Ancaq indidən məlumdur ki, 70 yaşlı Higgins ən yaxın izləyicisi, müstəqil namizəd Şon Qallaheri xeyli üstələyir.

Maykl Deniel Higgins Leyboristlər partiyasının üzvüdür. Son məlumata görə, o, 730480 səs əldə etmişdir. Qallaheri isə irlandların 529401-i dəstəkləmişdir.

Qeyd edək ki, ötən ilin oktyabrında Higgins dövlət başçısı seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirmiş, lakin sonradan qərarını dəyişmişdir. Higgins, həmçinin demişdir ki, Prezident seçiləcəyi təqdirdə müxtəlif siyasi qüvvələr arasında neytrallığa riayət edəcək.

İrlandiya Prezidenti 7 il müddətinə seçilir. Ölkədə əsas hakimiyyət isə Baş nazirə məxsusdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video