17 May 2019 15:54
1980
Tədbirlər
A- A+

İrina Viner-Usmanova birinci xanım Mehriban Əliyevanın Azərbaycanda bədii gimnastika növünün inkişafında xüsusi rolunu yüksək qiymətləndirdi


Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Aleksandrovna Viner-Usmanova Prezident İlham Əliyevin Sərəncamına əsasən "Dostluq” ordeni ilə təltif edilib. Dövlətimizin başçısı ordeni İrina Viner-Usmanovaya təqdim etdi.

Prezident İlham Əliyev Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanı Azərbaycanın yüksək mükafatlarından olan "Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik etdi və onun ölkələrimiz arasında idman və ümumilikdə dostluq əlaqələrinin inkişafındakı rolunu xüsusi vurğuladı. Prezident İlham Əliyev İrina Viner-Usmanovaya Azərbaycanda gimnastika məktəbinin yaradılması işinə verdiyi böyük töhfəyə görə də minnətdarlığını bildirdi. Dövlətimizin başçısı İrina Viner-Usmanovanın təkcə Azərbaycanda deyil, dünya idman ailəsində böyük nüfuza malik olduğunu qeyd edərək məhz onun səyləri nəticəsində Rusiya gimnastlarının da uzun illərdir yüksək nəticələr göstərdiyini vurğuladı. Prezident İlham Əliyev İrina Viner-Usmanovaya gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən İrina Viner-Usmanova Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən ona göstərilən diqqətdən böyük məmnunluq hissi keçirdiyini qeyd etdi. O, birinci xanım Mehriban Əliyevanın Azərbaycanda bədii gimnastika növünün əsasının qoyulmasında və inkişafında xüsusi rolunu yüksək qiymətləndirdi. İrina Viner-Usmanova Azərbaycanda bədii gimnastika növünə göstərilən qayğıdan danışaraq Bakıda çox möhtəşəm gimnastika arenasının inşa edildiyini qeyd etdi. Azərbaycana səfərlərindən məmnunluq hissini ifadə edən İrina Viner-Usmanova ölkəmizə hər gəlişi zamanı böyük inkişaf proseslərinin, yeni-yeni memarlıq nümunələrinin şahidi olduğunu vurğuladı.

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video