13 Yanvar 2012 12:01
518
Təhsil
A- A+

İrina Bokova: «Müəllimlər informasiya texnologiyaları sahəsində yüksək bilik və bacarıqlarla silahlanmalıdırlar»

 

XXI yüzilliyin əmək bazarında rəqabətə davam gətirəcək kadrların yetişdirilməsi üçün müəllimlər informasiya texnologiyaları sahəsində yüksək bilik və bacarıqlarla silahlanmalıdırlar. Bunu Londonda keçirilən təhsil üzrə Dünya Forumunda UNESCO-nun baş direktoru İrina Bokova demişdir.

Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutundan AzərTAc-a bildirmişlər ki, tədbirdə çıxış edən İ.Bokova İKT-nin təhsildə mühüm rolunu xüsusi vurğulamışdır: “Yeni informasiya-kommunikasiya texnologiyaları (İKT) təhsilin hərəkətverici qüvvəsi ola bilər, lakin bunun üçün İKT təhsil sisteminə inteqrasiya olunmalıdır”.

İ.Bokova “Təhsil hamı üçün” qlobal proqramın əhəmiyyətindən  danışaraq bildirmişdir ki, təhsil sahəsində qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsinə, bu sahənin keyfiyyətinin yaxşılaşdırılmasına müasir texnologiyaların geniş tətbiqi və müəllimlərin kompitensiyalarının artırılması yolu ilə nail olmaq lazımdır. O demişdir: “Tədqiqatlar göstərmişdir ki, təhsildə İKT-dən istifadə ilə uğurların əldə edilməsi bir çox hallarda müəllimlərin bu texnologiyaları tədris prosesinə inteqrasiya etməsindən asılıdır”.

BMT Xəbərlər Mərkəzinin məlumatına görə, üç gün davam edən və bu gün işini başa çatdıracaq forumda dünyanın müxtəlif ölkələrindən 60-a yaxın təhsil naziri iştirak edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video