15 May 2021 15:46
1260
DÜNYA
A- A+

İranın xarici işlər naziri Vyanaya səfərdən imtina edib

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif mayın 15-də Vyanaya planlaşdırılan səfərdən imtina edib.

AZƏRTAC xəbər verir ki, Vyanada iranlı nazirin avstriyalı həmkarı Aleksander Şallenberq ilə görüşü nəzərdə tutulurdu.

Avstriya mətbuatının yaydığı məlumata görə, səfərdən imtinaya səbəb Yaxın Şərqdə yaranmış gərginlik fonunda Avstriya Federal Kansler Aparatı üzərində həmrəylik əlaməti olaraq İsrail bayrağının dalğalanması olub. XİN sözçüsü Klaudia Türçer APA agentliyinə verdiyi açıqlamada səfərdən imtina xəbərini təəssüflə qarşıladıqlarını bildirib. O qeyd edib ki, bu səfərdən imtina Avstriyanın İranla olan ənənəvi yaxşı münasibətlərinə və iki ölkə arasındakı dialoqa xələl gətirməyəcəkdir. Eyni zamanda, Vyanada İranın nüvə proqramına dair sazişin xilası üçün aparılan danışıqlar davam etdiriləcəkdir. Nüvə danışıqlarının indiki qaynar mərhələsində M.Zəriflə görüşün keçirilməsi alqışalayiq hal olardı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video