23:51 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İranın Natanzdakı nüvə obyektində qəza baş verib
ANA SƏHİFƏ / DÜNYA
17:07 12.04.2021

 

 Natanzdakı (İranın İsfahan əyaləti) nüvə obyektinin paylayıcı elektrik şəbəkəsində qəza baş verib. Bu barədə İranın Atom Enerjisi Təşkilatının mətbuat katibi Bəhruz Kamalvandi  dövlət KİV-ə bildirib.

Onun dediyinə görə, insident nəticəsində heç kim xəsarət almayıb, həmçinin zərərli tullantılar baş verməyib. Qəzanın səbəblərinin araşdırılması davam edir.

"Fars" agentliyinin  xəbərinə ğörə, ölkənin vitse-prezidenti, İranın Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Əliəkbər Saleh bildirib ki, Natanz şəhərindəki nüvə obyektinin paylayıcı elektrik şəbəkəsində qəza terror aktı nəticəsində baş vermişdir:"İran bu iyrənc aktı pisləyir və beynəlxalq ictimaiyyət və MAQATE- yə nüvə terrorizminin bu cür təzahürlərinə qarşı mübarizə aparmağın zəruriliyini xatırladır".

O qeyd edib ki, " İran qəzada təqsirli olanlara qarşı cavab hərəkətləri etmək hüququnu özündə saxlayır".

Xatırladaq ki, ötən ilin iyulunda Natanzdakı nüvə obyektində yanğın olmuşdu.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM