07 Yanvar 2012 12:01
339
DÜNYA
A- A+

İran Hörmüz boğazında yeni təlimlər keçirəcək

 

İran İslam Qvardiyasının hərbi dəniz qüvvələrinin komandanı, admiral Əli Fədəvi bildirmişdir ki, onun komandanlıq  etdiyi bölmələr gələn ay Hörmüz boğazında hərbi təlimlər keçirəcək. Bu barədə İRNA agentliyi xəbər verir.

Admiral demişdir ki, "Böyük peyğəmbər" adlı hərbi manevrlər son 7 il ərzində hər il keçirilir. Amma bu il qvardiyaçıların təlimləri əvvəlki manevrlərdən fərqlənəcək.

İran hərbi dəniz qüvvələrinin "Vilayət-90" təlimləri bu yaxınlarda başa  çatmışdır. Manevrlər zamanı uzaqmənzilli raketlər sınaqdan keçirilmişdir. Ötən ayın 24-dən cari ayın 2-dək davam etmiş təlimlər Hörmüz boğazından Oman körfəzinədək təxminən 2 min kvadratkilometrlik zonanı əhatə etmişdir. Manevrlərin keçirildiyi günlər İranla Qərb dövlətləri arasında münasibətlərin gərginləşməsi ilə yadda qalmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video