20 Aprel 2021 14:29
1487
İQTİSADİYYAT
A- A+

İqtisadiyyat Nazirliyi Yaponiyanın “NEXI” şirkəti ilə əməkdaşlıq edəcək

 

İqtisadiyyat Nazirliyi ilə Yaponiyanın “Nippon İxrac və İnvestisiya Sığortası” şirkəti (“NEXI”) arasında ümumi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və “NEXI”in sədri və baş icraçı direktoru Atsuo Kuroda imzalayıblar. Memorandumda Azərbaycan və Yaponiya arasında ixrac krediti və investisiya sığortası sahəsində bilik və təcrübənin artırılması məqsədilə müzakirələrin, həmçinin yerli və qonşu bazarlara dair məlumat mübadiləsinin aparılması və birgə təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bununla əlaqədar keçirilən tədbirdə nazir M.Cabbarov Azərbaycan və Yaponiya arasında qarşılıqlı etimadın yapon şirkətlərinin ölkəmizdə fəaliyyətinə və investisiyalar sahəsində əməkdaşlığa münbit şərait yaratdığını vurğulayıb. Bildirilib ki, Yaponiya Azərbaycan iqtisadiyyatına investisiya yatıran əsas ölkələrdəndir. İqtisadiyyat Nazirliyi və “NEXI” arasında uğurlu tərəfdaşlıq qarşılıqlı ixracın artmasına, investisiya və ixrac sığortası sahəsində əməkdaşlığın genişlənməsinə böyük imkanlar açır. Bu gün imzalanan memorandum isə yeni tərəfdaşlıq istiqamətlərini və investisiyaları stimullaşdıracaq.

M.Cabbarov Azərbaycanda biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, istehsal və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən islahatlar və görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanın rəqəmsallaşma dövründə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb və ölkəmiz Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinə qoşulub. Azərbaycanda bu mərkəzin yaradılması rəqəmsal ekosistemin inkişafına, 4-cü Sənaye İnqilabı texnologiyalarının sürətli tətbiqinə təkan verəcək.

İqtisadiyyat naziri Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini vurğulayaraq işğaldan azad olunmuş ərazilərimizin bərpası və inkişafı konsepsiyasının hazırlandığını, konsepsiyada dövlət-özəl tərəfdaşlığından geniş istifadənin, xarici investorlar üçün xüsusi təşviq proqramlarının, xarici şirkətlərin cəlb edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərimiz təbii resurslarla zəngin olmaqla yanaşı, sənaye, aqrar, tranzit, turizm və sair baxımından xüsusi əhəmiyyət kəsb edir. M.Cabbarov yapon şirkətlərini imzalanan memorandumda da əksini tapan imkanlardan yararlanmağa və Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmağa dəvət edib.

Tədbirdə çıxış edən “NEXI”in sədri və baş icraçı direktoru A.Kuroda Azərbaycan-Yaponiya ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi baxımından anlaşma memorandumunun önəmini vurğulayıb.

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada iki ölkə arasında əlaqələrin inkişafından danışıb, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə fikirlərini bölüşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video