11:54 28 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:46 28.09.2021

28 sentyabr


01:45 28.09.2021

Tarix yazan xalq


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrail rəsmiləri ilə görüşüb
 
ANA SƏHİFƏ / İQTİSADİYYAT
13:23 29.07.2021

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İsrailə səfər çərçivəsində nazir Mikayıl Cabbarov bu ölkənin xarici işlər naziri Yair Lapidlə görüşüb. Görüşdə iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq əlaqələri diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan və İsrail arasında əməkdaşlıq yalnız iqtisadi tərəfdaşlığa deyil, həm də ənənəvi tarixi-mədəni köklərə əsaslanır. Ölkəmizdə daim yəhudi icmasına böyük hörmət və müsbət münasibət mövcud olub, icma Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb. İsrail Azərbaycanın dövlət müstəqilliyini tanıyan, diplomatik əlaqələr yaradan ilk dövlətlərdəndir. Ölkələrimiz arasında qarşılıqlı etimadın formalaşmasında dövlət başçılarının səfər və görüşləri xüsusi əhəmiyyət kəsb edir.

Vurğulanıb ki, İsrail Dövləti 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra Azərbaycanı daim dəstəkləyib, Ermənistanın təcavüzü ilə bağlı İsraildə Azərbaycana dəstək xarakterli müxtəlif tədbirlər təşkil edilib, bəyanatlar səsləndirilib.

Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan-İsrail Birgə Komissiyasının fəaliyyətinin aktiv şəkildə davam etdirilməsi üçün Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq işlər görülür, məlumat və əməkdaşlıq bazası genişləndirilir. İqtisadiyyat naziri bu ilin iyulunda təməli qoyulan Ələt Azad İqtisadi Zonası barədə məlumat verib və İsrail investorlarını iqtisadiyyatımızın müxtəlif sahələrinə sərmayə qoymağa dəvət edib.

Tərəflər iki ölkə arasında qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Həmin gün iqtisadiyyat naziri M.Cabbarovun bu ölkənin inşaat və mənzil siyasəti naziri Zeev Elkinlə görüşü keçirilib. Görüşdə ikitərəfli iqtisadi münasibətlərimizin gücləndirilməsi perspektivləri və yeni əməkdaşlıq imkanları, investisiyaların təşviqi, qeyri-neft sektorunda qarşılıqlı təcrübə mübadiləsi, həmçinin işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesi barədə müzakirələr aparılıb, İsrail şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası ilə bağlı layihələrdə iştirakda marağı ifadə olunub.

İsrailli nazirlər ölkələrində Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasını yüksək qiymətləndirib, tərəfdaşlığın, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, biznes-dialoqun təşviqi üçün əhəmiyyətli platforma olacağını, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yeni imkanlar yaradacağını, kənd təsərrüfatı, İKT, investisiya, turizm kimi sahələrin inkişafına töhfə verəcəyini vurğulayıblar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM