05 May 2021 11:36
929
İQTİSADİYYAT
A- A+

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində BMT-nin rezidenti ilə müzakirələr aparılıb  

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı BMT-nin İnkişaf Proqramının (UNDP) rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

İİTKM-dən AZƏRTAC-a bildirilib ki, V.Qasımlı əvvəlcə ölkədə aparılan uğurlu iqtisadi islahatlar, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin monitorinq və qiymətləndirmə institutu olaraq həyata keçirdiyi fəaliyyətlər barədə məlumatlar təqdim edib. Eləcə də mərkəzin layihələri olan “Azexport.az”, “EnterpriseAzerbaijan.com”, Rəqəmsal Ticarət Qovşağı, “Azranking.az” və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə məlumat verib.

Müzakirə zamanı Strateji Yol xəritələrinin və müvafiq monitorinq və qiymətləndirmə çərçivəsinin hazırlanmasında UNDP tərəfindən təmin edilən ekspert dəstəyi və donor qurumları ilə koordinasiyada əməkdaşlıq yüksək qiymətləndirilib. Eyni zamanda, İİTKM-in Strateji Fəaliyyət Planının hazırlanması və müvafiq sektorlar üzrə tədqiqatların aparılmasında UNDP-nin təmin etdiyi texniki dəstək xüsusilə vurğulanıb. Həmçinin monitorinq və qiymətləndirmə potentsialının ölkə səviyyəsində daha da gücləndirilməsi və UNDP tərəfindən hər il ənənəvi olaraq qlobal səviyyədə təşkil olunan mayın 31-dən iyunun 4-dək keçiriləcək “Qlobal qiymətləndirmə həftəsində” İİTKM-in nümayəndələrinin iştirakı müzakirə olunub.

A.Frakassetti Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) qəbul olunan strateji inkişaf sənədləri və müvafiq dövlət proqramlarının hazırlanmasında nəzərə alınması, eləcə də, ölkədə bu məqsədlərə nail olunması üzrə maliyyələşmə çərçivəsinin qurulmasının vacibliyini vurğulayıb. O, Dayanıqlı İnkişaf Məqsədləri üzrə beynəlxalq reytinqdə Azərbaycanın mövqeyi və həyata keçirilən layihələr barədə məlumat verib.

Qonağa “Doing Business 2020” islahatları və İİTKM-in 5 illik yubileyinə dair icmallar təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video