04 Aprel 2021 14:57
590
DÜNYA
A- A+

İordaniyada sabiq vəliəhd şahzadə və Kral ailəsinə yaxın bir neçə şəxs həbs edilib

 

İordaniyada sabiq vəliəhd şahzadə Həmzə bin Hüseyn ev həbsində olduğunu bildirib. Kral Məhkəməsinin keçmiş sədri Bassəm Avadalla və keçmiş müşavir Şərif Həsən isə həbs edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə krallığın rəsmi Petra informasiya agentliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, həbslər “daxili sabitliyi qoruyub saxlamaq və təhlükəsizlik” səbəbindən həyata keçirilib.

Həbslərdən sonra Səudiyyə Ərəbistanının Kral Məhkəməsi bəyanat yayaraq İordaniya Kralı Abdulla və vəliəhd şahzadə Hüseyn bin Abdullanın ölkədə sabitliyin və daxili təhlükəsizliyin qorunub saxlanılması istiqamətində atdıqları addımları dəstəkləyib. Bu barədə rəsmi SPA agentliyi məlumat yayıb.

ABŞ Dövlət Departamenti də İordaniya Kralını regionda "əsas müttəfiq" adlandırıb və onu dəstəklədiyini bəyan edib. Ərəb ölkələri də Kral Abdullaya tam dəstəklərini ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video