19 Oktyabr 2011 12:10
380
DÜNYA
A- A+

İordaniya Kralı Nazirlər Kabinetini istefaya göndərdi

 

İordaniya Kralı II Abdulla Baş nazir Məruf Bəhitin istefasını qəbul etmiş və hökuməti buraxmışdır. Bu barədə "əl-Cəzirə" telekanalı xəbər verir.

Bundan əvvəl ölkə parlamentinin 120 deputatından 70-i Kraldan Baş naziri əvəzləməyi tələb etmişdi. Kral yeni hökuməti təşkil etməyi tanınmış hakim, vaxtilə Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində fəaliyyət göstərmiş Övn Xəsavənəyə tapşırmışdır. Xəsavənə əvvəllər İordaniya Kral Məhkəməsinə başçılıq etmiş, habelə İsraillə sülh danışıqlarında hüquq məsləhətçisi vəzifəsini tutmuşdu.

Bundan əlavə, II Abdulla Faysal Şubəkini xüsusi xidmət orqanlarının yeni başçısı vəzifəsinə təyin etmişdir. İordaniyanın Mərakeşdəki keçmiş səfiri Şubəki bu vəzifədə Məhəmməd Rəqqadı əvəzləmişdir.

Xatırladaq ki, Məruf Bəhit hökuməti İordaniyada etiraz nümayişləri fonunda yaradılmışdı. Lakin müxalifət bildirirdi ki, Baş nazir vəd etdiyi islahatları çox ləng həyata keçirir. Buna görə onun istefası tələb olunurdu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video