09 May 2013 05:05
395
PARLAMENT
A- A+

İordaniya ilə Azərbaycanın əlaqələri yüksələn xətlə inkişaf edir

 

Mayın 8-də Milli Məclisin Sədri Oqtay Əsədov İordaniya Haşimilər Krallığı Senatının sədri Tahir Əlmasiri ilə görüşmüşdür.

Qonağı Azərbaycanda görməkdən məmnun olduğunu bildirən O.Əsədov İordaniya ilə Azərbaycan arasındakı əməkdaşlıq əlaqələrinin müxtəlif sahələri əhatə etdiyini diqqətə çatdırmışdır. Milli Məclisin Sədri demişdir ki, münasibətlərin mövcud vəziyyətinin yüksək səviyyədə olması təqdirəlayiq haldır və əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərləri artırmaq lazımdır. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində səmərəli iş birliyi qurmuşlar. İslam Əməkdaşlıq Təşkilatında müzakirə olunan bütün məsələlərə dövlətlərimiz vahid mövqedən yanaşırlar ki, bu da qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişafını göstərir.

Görüşdə qeyd olunmuşdur ki, son illər Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf edir. Neft gəlirlərinin səmərəli istifadəsi nəticəsində yeni iş yerləri açılmış, əhalinin sosial vəziyyəti yaxşılaşmışdır. Lakin bunlarla yanaşı, Azərbaycanın problemləri də vardır. Əsas problem Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və nəticədə 1 milyon insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasından ibarətdir. Ermənilər 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edərək dinc əhalini soyqırımına məruz qoymuşlar. Bir sıra dünya dövlətlərinin parlamentlərində bu terror aksiyası azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi tanınmışdır. Bu məsələyə İordaniya parlamentinin də siyasi qiymət verməsini arzulayırıq.

Milli Məclisin Sədri onu da qeyd etmişdir ki, son illər dünyanın bəzi dövlətlərində islamafobiya hallarının artması Azərbaycanı narahat edir.

Səmimi qəbula görə minnətdarlığını bildirən Tahir Əlmasiri demişdir ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar dost dövlət kimi bizi çox sevindirir. Azərbaycanda biz özümüzü doğma vətənimizdəki kimi hiss edirik. Çünki hər iki xalqın oxşar cəhətləri çoxdur və hər iki ölkənin əhalisi islam dininə etiqad edir. Biz əlaqələrin daha da yaxınlaşmasını istəyirik.

Senatın sədri bildirmişdir ki, İordaniyanın və Azərbaycanın dövlət başçıları arasında dostluq münasibətləri mövcuddur ki, bu da dövlətlərarası əlaqələrin inkişafına geniş şərait yaradır. Hər iki dövlətin başçısı demokratik islahatlara meyillidir və  hüquqi dövlət quruculuğu yolunu seçmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.

 

AzərTAc

Foto F.BAĞIROVUNDUR

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video