01:57 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


00:15 18.09.2021

Dünya sual qarşısında


00:13 18.09.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İordaniya Biznesmenlər Assosiasiyası Azərbaycana böyük maraq göstərir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:33 03.08.2021

 

Əmmanda İordaniya Biznesmenlər Assosiasiyasının prezidenti Həmdi Əl Təbbaa ilə Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimov arasında keçirilən görüşdə iki ölkənin sahibkarları arasında əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı diplomat iordaniyalı iş adamlarına işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, bir ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin təməlini qoyduğu Ələt Azad İqtisadi Zonası, ölkəmizin iqtisadi inkişafı, Azərbaycanın liderliyi ilə həyata keçirilən transmilli neft-qaz və kommunikasiya layihələri barədə məlumat verib. O qeyd edib ki, İordaniya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın böyük potensialı var və hər iki ölkənin sahibkarlarının geniş sərmayə imkanları mövcuddur. Səfir əlavə edib ki, dost ölkələr arasında ticarət dövriyyəsinin həcmi daha da artırılmalıdır.

Həmdi Əl Təbbaa deyib ki, onun rəhbərlik etdiyi assosiasiya Azərbaycanla iqtisadi əlaqələrin daha da inkişaf etməsinə töhfə verməyə hazırdır. O məlumat verib ki, assosiasiyanın nümayəndə heyəti Bakıya səfər edib 2007-ci il iyulun 29-da Əmmanda AZPROMO ilə ixracatın sərmayələrin artırılmasına dair sənəd imzalanıb. Əl Təbba azərbaycanlı adamlarını İordaniya iqtisadiyyatına investisiya qoymağa dəvət edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM