06 Mart 2013 02:03
732
Fərmanlar
A- A+

«İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanını "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 1 oktyabr tarixli 424-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

1. "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 8, maddə 440; 2006, ¹ 3, maddə 229, ¹ 6, maddə 498; 2007, ¹ 2, maddələr 86, 101, ¹ 3, maddələr 217, 227, ¹ 7, maddə 714, ¹ 9, maddə 867, ¹ 10, maddə 948, ¹ 12, maddə 1242; 2008, ¹ 1, maddə 9, ¹ 3, maddələr 173, 179, ¹ 6, maddələr 498, 499, ¹ 8, maddələr 717, 723; 2009, ¹ 2, maddə 66, ¹ 6, maddələr 419, 421, 422; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddə 183, ¹ 10, maddə 850; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 11, maddə 1078) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 7-ci bəndə "Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə," sözlərindən sonra "Azərbaycan Respublikasının Baş Prokurorluğuna," sözləri əlavə edilsin.

1.2. Həmin fərmanla təsdiq edilmiş "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda:

1.2.1.  2.1.4-cü yarımbənd üzrə:

1.2.1.1. on dördüncü abzasa "aparatlarında" sözündən sonra ", Azərbaycan Respublikasının Baş Prokurorluğunda" sözləri əlavə edilsin;

1.2.1.2. iyirminci abzasa "şöbə müdirləri" sözlərindən sonra ", Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda və Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda şöbə müdirləri" sözləri əlavə edilsin;

1.2.2.  2.1.5-ci yarımbəndin üçüncü abzasına  "məsləhətçi"  sözündən  sonra ", Azərbaycan Respublikasının Baş Prokurorluğunda sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi" sözləri əlavə edilsin;

1.2.3.    2.1.6-cı yarımbənd üzrə:

1.2.3.1. üçüncü abzasa "Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin" sözlərindən sonra "aparatında, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda  və Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda" sözləri əlavə edilsin;

1.2.3.2.  doqquzuncu abzasa "onun müavini" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda  və Bakı Şəhər Prokurorluğunda şöbə müdirləri" sözləri əlavə edilsin;

1.2.3.3. on ikinci abzasa "məsləhətçi" sözündən sonra ", Azərbaycan Respublikası Baş Prokurorluğunun maddi-texniki təminat funksiyalarını həyata keçirən şöbəsində sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi" sözləri əlavə edilsin;

1.2.4. 2.1.7-ci yarımbəndin üçüncü abzasına "hakimin köməkçisi" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda  və Bakı Şəhər Prokurorluğunda sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi" sözləri əlavə edilsin;

1.2.5. 2.1.8-ci yarımbəndin ikinci abzasına "rayon (şəhər) məhkəmələrinin" sözlərindən sonra "aparatlarında, rayon (şəhər) prokurorluqlarında və hərbi prokurorluqlarında" sözləri əlavə edilsin;

1.2.6. 2.3.2-ci yarımbəndin ikinci  abzasına  "aparatlarında"  sözündən  sonra ", Azərbaycan Respublikasının Baş Prokurorluğunda" sözləri və üçüncü abzasına "İşlər İdarəsində" sözlərindən sonra "və Azərbaycan Respublikası Baş Prokurorluğunun maddi-texniki təminat funksiyalarını həyata keçirən şöbəsində" sözləri əlavə edilsin;

1.2.7. 2.3.3-cü yarımbəndin ikinci abzasına "hərbi məhkəmələrin aparatlarında" sözlərindən sonra ", Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda və Bakı Şəhər Prokurorluğunda" sözləri əlavə edilsin;

1.2.8. 2.3.4-cü yarımbəndin ikinci abzasına "rayon (şəhər) məhkəmələrinin" sözlərindən sonra "aparatlarında, rayon (şəhər) prokurorluqlarında, hərbi prokurorluqlarında" sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 mart 2013-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video