00:52 21 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:33 21.09.2021

Sönməyən işıq


00:27 21.09.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İnsan suyun üzərində dayandı

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:35 31.07.2021

 

İnsan dənizlə üz-üzə gələndə çaşbaş qalır. Sahildən ucsuz-bucaqsız görünən bu dərya ilə başa çıxmaq isə elə də asan deyil. Onun üzərində durub suya təmas etmədən hərəkət etməksə imkansız idi. Onlar bu barədə düşünürmüşlər. Bunun üçün bir vasitə lazım gəlirdi - gəmi düzəltmək. Beləliklə, gəmi ixtira edilir.

İlkin ixtirasında bir qurudan digər quruya keçmək, yük daşımaq məqsədi daşıyan yeganə vasitə olan gəmi insanlıq tarixində mühüm əhəmiyyətə malikdir. Həmin vaxtdan sonra yaranan müxtəlif çeşidli gəmilər özündə yalnız bu iki məqsədi deyil, eyni zamanda kəşfiyyat, hərbi, istirahət, əyləncə, səyahət və s. kimi məsələləri də birləşdirdi.

Hər kəsin gəmi dedikdə gözünün önünə gələn o əzəmətli görüntünün ərsəyə gəlməsinin başlanğıcı qəribə görünüşlü kiçik bir qayıq ilə qoyulub. Tarixə bəlli olan ən qədim qayıq “Pesse” adlanır. Eramızdan əvvəl 8-9-cu minilliyə aid olan bu qayıq yerli fermer tərəfindən 1955-ci ildə tapılıb. “Pesse” adlandırılması isə tapıldığı yerlə əlaqəlidir. Belə ki, qayıq Hollandiyanın Pesse kəndində avtomobil yolunun inşası zamanı meydana çıxıb. Qayıq tədqiqatdan sonra dondurulub, Hollandiyanın “Drents” muzeyində sərgiləndirilir.

Şotland şam ağacından hazırlanan qayığın uzunluğu 3 metr, eni isə 44 santimetrdir. Ölçüsündən də göründüyü kimi, olduqca kiçikdir. Təqdiqat zamanı bəzi arxeoloqlar bunun gəmi olduğu düşüncəsi ilə razılaşmırdılar. Bu qədər kiçik ölçülü vasitənin dənizdə tarazlığını qoruyub hərəkət etməsi qeyri-real görünmürdü. Bu vasitənin qayıq olub-olmadığını yoxlamaq üçün danimarkalı arxeoloq Jaap Bueker qayığın eyniylə başqa bir formasını hazırladı və test zamanı qayıqçı uğurla müəyyən bir məsafəni qət etdi. Bunun qayıq olub-olmaması ilə bağlı şübhələr bu eksperimentdən sonra aradan qalxdı. Bu tipli eyni qayıqlar sonrakı dövrlərdə Afrikada da tapılmışdı.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM