14 Avqust 2021 00:36
1092
Elm və texnika
A- A+

İnkişafın açarı

 

XX əsrin ən böyük kəşflərindən hesab edilən kompüter texnologiyası böyük sürətlə həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu gün dünyamızı kompütersiz təsəvvür etmək demək olar ki, mümkün deyil.

Vaxtilə kiçik əməliyyatları aparan cihazlar kimi meydana çıxan kompüterlər artıq çoxfunksiyalı və “ağıllı” texniki avadanlığa çevrilmişdir. Bu günün kompüterinin internetə çıxışının olması kifayət edir ki, ondan bir çox məqsədlər - onlayn işlərin aparılması, sosial mediaya giriş, oyun oynamaq, film izləmək, yeni proqramlar hazırlamaq, bir sözlə, rəqəmsallıqla bağlı hər şeyi həyata keçirmək üçün istifadə edək.

Xatırladaq ki, ingilis riyaziyyatçısı Çarlz Bebbic 1830-cu ildə proqramla işləyən hesablama maşınını yaratmağa cəhd göstərmişdir. Onun ideyaları sonralar kompüterin yaranmasının əsasını qoymuşdur.

II Dünya müharibəsinə qədərki dövrdə bu sahə inkişaf edə bilməmişdi. 1940-cı ildə  Harvard Universitetində Hovard Aiken və Prinseton Universitetində Con Von Neyman, eləcə də ABŞ-ın və Almaniyanın araşdırmaçılarının səyləri nəticəsində vakum lampaları icad edilərək təkmilləşdirilmiş və bəzi elektron maşınlar istehsal edilmişdi. Lakin hazırlanan bu kompüterlər çox böyük imiş və çox yavaş işləyirmiş.

1946-cı ildə ABŞ-ın Pensilvaniya ştatında Con Moklin və Presper Ekkertin rəhbərliyi altında “ENIAC” adlı kompüter yaradılmışdı və məhz həmin il bu cihazların, necə deyərlər, doğum tarixi sayılır. Hərçənd ki, bəzi ədəbiyyatlarda ilk kompüterin 1943-cü ildə məşhur alim Allan Turinq tərəfindən Böyük Britaniyada yaradıldığı qeyd olunmuşdur. İddialara görə, “Collos” adlı bu kompüter İkinci Dünya müharibəsində alman məxfi məlumatlarının “oxunması” üçün istifadə edilirmiş. Lakin araşdırmaçılar ona qədərki cihazların texniki imkanlarının zəif olmasına görə “kompüter erası”nın məhz “ENIAC”dan başladığını bildirirlər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video