25 Iyun 2020 02:17
1065
Qanunlar
A- A+

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 364; 2005, № 6, maddə 466; 2006, № 12, maddə 1005; 2007, № 10, maddə 938; 2011, № 3, maddə 162; 2012, № 11, maddə 1051; 2017, № 3, maddə 345; 2019, № 12, maddə 1881) 13-2.1-ci maddəsinin ikinci cümləsində "fəaliyyətini” sözündən sonra ", o cümlədən dövlət dili normalarına riayət edilməsini” sözləri əlavə edilsin.

Maddə 2. "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 82; 2001, № 12, maddə 736; 2002, № 3, maddə 116, № 5, maddə 245; 2004, № 2, maddələr 57, 58; 2005, № 4, maddə 278; 2007, № 8, maddə 752, № 11, maddə 1079; 2009, № 4, maddə 212, № 8, maddə 611; 2010, № 3, maddə 172; 2015, № 2, maddə 82, № 11, maddələr 1258, 1292; 2016, № 1, maddə 40, № 5, maddə 837, № 12, maddə 1986; 2017, № 12 (I kitab), maddə 2254; 2018, № 1, maddə 16, № 5, maddə 891, № 6, maddə 1166; 2019, № 3, maddə 376; 2019, № 12, maddə 1882) 6-cı maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir.”.

Maddə 3. "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 583; 2004, № 1, maddə 10; 2005, № 4, maddə 278, № 6, maddə 469; 2006, № 11, maddə 932, № 12, maddə 1005; 2007, № 6, maddə 560, № 8, maddə 749, № 11, maddə 1053; 2009, № 6, maddə 394; 2010, № 7, maddə 600; 2011, № 2, maddə 70; 2015, № 4, maddə 354; 2016, № 12, maddə 1987; 2018, № 2, maddə 153, № 6, maddə 1167, № 12 (I kitab), maddə 2477; 2019, № 12, maddə 1882) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 32.0.6-cı maddədə "edilməlidir” sözü "olunmalı və dövlət dili normalarına riayət edilməlidir” sözləri ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda 32-1-ci maddə əlavə edilsin:

"Maddə 32-1. Teleradio yayımında dövlət dilindən istifadənin və dövlət dili normalarına riayət edilmənin təmin olunması

Teleradio yayımı sahəsində dövlət dilindən istifadənin və dövlət dili normalarına riayət edilmənin təmin olunması ilə bağlı qaydaları müvafiq dövlət orqanı müəyyənləşdirir.”;

3.3. aşağıdakı məzmunda 35.1-1-ci maddə əlavə edilsin:

"35.1-1. Reklamda "Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət edilməlidir.”;

3.4. aşağıdakı məzmunda 40.2.5-1-ci maddə əlavə edilsin:

"40.2.5-1. proqramlarda (verilişlərdə) dövlət dilindən istifadəni və dövlət dili normalarına riayət edilməni təmin etmək;”.

Maddə 4. "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 1, maddə 2, № 8, maddə 415; 2004, № 8, maddə 598; 2007, № 11, maddə 1053; 2011, № 6, maddə 483; 2017, № 1, maddə 5; 2019, № 2, maddə 180, № 4, maddə 578) 13.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

"13.1. Dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər.”.

Maddə 5. "İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 888; 2006, № 3, maddə 224, № 12, maddə 1005; 2007, № 5, maddələr 435, 442, № 12, maddə 1218; 2009, № 10, maddə 772; 2011, № 2, maddə 70; 2012, № 9, maddə 839; 2015, № 5, maddə 493, № 11, maddə 1281; 2016, № 12, maddə 1988; 2018, № 6, maddə 1170, № 12 (I kitab), maddə 2478; 2019, № 4, maddə 599, № 12, maddə 1882) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 7.1.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.1.12-ci maddə əlavə edilsin:

"7.1.12. proqramlarda (verilişlərdə) dövlət dilindən istifadənin və dövlət dili normalarına riayət edilməsinin təmin olunması.”;

5.2. aşağıdakı məzmunda 12.4-cü maddə əlavə edilsin:

"12.4. İctimai yayım proqramlarında dövlət dili normalarına riayət edilməlidir.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video