20 Aprel 2021 00:22
456
DÜNYA
A- A+

İndoneziyada daşqın qurbanlarının sayı 181-ə çatmışdır

 

İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində daşqın qurbanlarının sayı 181 nəfərə çatmışdır. Bu barədə əyalət qubernatorunun müavini Cozef Nae Soy məlumat vermişdir. Onun dediyinə görə, sonuncu axtarış-xilasetmə əməliyyatları zamanı daha bir neçə meyit aşkarlanmışdır. 48 nəfərin axtarışı davam edir.

Aprelin 5-dən bəri davam edən leysan yağışları Şərqi Flores, Lembaqa və Alor şəhərlərində daşqın və torpaq sürüşməsinə səbəb olmuşdur. Təbii fəlakət nəticəsində 15 minə yaxın ev yararsız vəziyyətə düşmüşdür.

Ekvatorial qurşaqda yerləşən İndoneziyada əsasən oktyabr-aprel aylarında, mussonlar mövsümündə tez-tez daşqınlar və torpaq sürüşmələri baş verir. Cari ilin yanvarında Qərbi Yava əyalətində 40 nəfər daşqının qurbanı olmuşdur.

Daşqın təhlükəsi altında olan ərazilərdə azı 125 milyon nəfər yaşayır. Bu, ölkə əhalisinin təxminən yarısıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video