07 Mart 2021 00:45
966
Səhiyyə
A- A+

İncə qəlblilər

 

Qadınların ürəyinin kövrək və incə təbiəti elmi cəhətdən də sübut edilmişdir. Türkiyəli kardioloq Ahmet Karabulut bununla bağlı məlumat verib ki, ümumiyyətlə, həddindən artıq stres və kədərdən qaynaqlanan “qırılmış qəlb sindromu” qadınlarda daha çox müşahidə olunur.

Qadınların ürəyinin damarları daha incə və büzüşməyə daha meyilli olduğu üçün zədələnmiş ürəyin damarlarını müalicə etmək daha çətin olur. İnfarkt keçirmiş qadınlar üçün ölüm nisbəti də kişilərdən daha yüksəkdir. Həmçinin qadınların ürəkləri daha çox döyündüyü üçün ürək çırpınmasına meyllidirlər. Əgər ürəktutma zamanı kişilərdə sinə ağrısı ön plana çıxırsa, bu hal qadınlarda özünü nəfəs darlığı, halsızlıq, yorğunluq və şişkinlik kimi büruzə verir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video