05:25 29 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:16 29.09.2021

Qalib sərkərdə


01:15 29.09.2021

Haqqın Zəfər yürüşü


01:09 29.09.2021

29 sentyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İmtahanlarda II ixtisas qrupu üzrə iki nəfər, III ixtisas qrupu üzrə bir nəfər ən yüksək nəticə göstərib
 
ANA SƏHİFƏ / TƏHSIL
11:24 29.07.2021

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə iyulun 14-15-də keçirilmiş imtahanlarda üç nəfər ən yüksək bal toplayıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, II ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər - Salyan rayonu 4 saylı şəhər orta məktəbi və Bakı şəhəri 192 saylı orta məktəbin məzunları göstəriblər. Salyan rayonu, 4 saylı şəhər orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 691.2 bal toplayıb və bu nəticə II ixtisas qrupu üzrə ən yüksək baldır.

İmtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 396.2 bal toplayan Bakı şəhəri, 323 saylı məktəbin məzunu göstərib.

III ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə isə Sumqayıt şəhəri, 21 saylı orta məktəbin məzununa məxsusdur. O, imtahanın II mərhələsində 385.2 bal, I mərhələsində isə 294.8 bal, toplayıb. Beləliklə III ixtisas qrupu üzrə ən yüksək nəticə 680 baldır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM