21 Sentyabr 2018 21:31
1270
Səhiyyə
A- A+

İmmuniteti gücləndirən qidalar

Havalar soyuyana qədər immuniteti gücləndirmək üçün vitaminlərlə zəngin olan qidalar qəbul etmək lazımdır.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-diyetoloqu Leyla Zülfüqarlı immunitetin qüvvətlənməsinə kömək edən qidalar haqqında AZƏRTAC-a məlumat verib: "Hər gün süd, pendir, yoqurt, kəsmik, az və ya orta dərəcədə yağlılığı olan digər ağartı məhsulları yemək məsləhət görülür. Hər səhər kərə yağı ilə buterbrodun yeyilməsi vərəm xəstəliyinin profilaktikası üçün çox xeyirli üsullardan hesab edilir. Gün ərzində 150 qram kefir və ya yoqurt yemək soyuqdəymə riskini azaldır. Lobya bitki mənşəli məhsullar içərisində ən aktiv immunomoderatordur. Həm qabıqlı, həm də təmizlənmiş lobyanın tərkibində orqanizmdə interferon yaranmasına kömək edən çoxlu maddələr var.

Brokoli, gül kələm, baş kələm, Brüssel kələmi, ağ turp kimi bitkilər ağciyərləri və həzm sistemi üzvlərini xərçəng hüceyrələri, eləcə də sərbəst radikallardan qoruyan beta-karotin maddəsi ilə zəngindir.

Bildirçin yumurtası, soğan, sarımsaq, qıtıqotu, balıq, badam, qarabaşaq, darı, yulaf, narıngi, kivi, limon, portağal, itburnu, cəfəri, şüyüd, duza qoyulmuş kələm də immun sistemini qüvvətləndirən qidalardan hesab edilir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video