24 Mart 2020 11:27
11457
Səhiyyə
A- A+

İmmun sistemini gücləndirən qidalar

 

Orqanizmin bakteriya və viruslara, eləcə də koronavirus (COVID-19) infeksiyasına qarşı davamlı olması üçün immun sisteminin güclü olması olduqca vacibdir. Güclü immun sistemi hüceyrələri, orqanizmə daxil olan mikroorqanizmləri asanlıqla fərqləndirir və dərhal müvafiq cavab reaksiyası formalaşdıraraq onları məhv edir. Araşdırmalar göstərir ki, immunitet sisteminin güclü olması əhəmiyyətli dərəcədə qida rasionundakı makro və mikro elementlərin normasından, eləcə də bağırsaq florasının funksiyasından asılıdır. Belə ki, qidadan alınan zülallar, karbohidratlar və yağlar qan, limfa düyünləri və mədə-bağırsaq sisteminin immun hüceyrələrinə təsir göstərir.

Mikroelementlər dedikdə isə vitamin və minerallar nəzərdə tutulur, onların qida rasionunda azlığı orqanizmdə müəyyən infeksiyalara səbəb olur.

Qida Təhlükəsizliyi Agentliyinin AZƏRTAC-a ünvanladığı materialda mikroelementlərlə zəngin qidalar haqqında məlumat verilir və qeyd olunur ki, günlük qida rasionunda həmin məhsullardan istifadə edilməsi immun sistemini gücləndirir.

C vitamini: Sitrus meyvələri, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokoli, cəfəri, ananas, Brüssel kələmi, gül kələm, manqo, noxud, pomidor;

D vitamini: Tuna və qızıl balıq kimi yağlı balıqlar, mal qaraciyəri, pendir, yumurta sarısı, bəzi göbələklər;

A vitamini: Treska balığı qaraciyər yağı, yumurta, sarı və narıncı meyvə və tərəvəzlər, brokoli, ispanaq, tünd yaşıl və lifli tərəvəzlər;

E vitamin: Bitki yağları (buğda toxumu, günəbaxan, zəfəran, qarğıdalı və soya yağları), gərzəkli meyvələr (badam, fıstıq), günəbaxan toxumları, ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlər;

B6 vitamini: Tuna balığı, qızıl balıq, banan, paxlalılar, mal əti, gərzəkli meyvələr, quş əti, tam taxıl, noxud;

B12 Vitamini: Qaraciyər, az yağlı süd, toyuğun döş əti, yumurta, mal əti, tuna balığı, qızıl balıq, ala balıq;

Fol turşusu: Yaşıl yarpaqlı tərəvəzlər, qurudulmuş lobya və noxud, sitrus meyvə və şirələri;

Sink: Heyvan mənşəli proteinlərin tərkibində rast gəlinir. Mal və quzu əti balıqla müqayisədə daha çox sink ehtiva edir. Gərzəkli meyvələr, tam taxıl, paxlalılar və maya göbələklərin də tərkibində sink üstünlük təşkil edir.

Dəmir: Qurudulmuş lobya, quru meyvələr, yumurta (xüsusilə sarısı), yulaf, qaraciyər, qabıqlı dəniz məhsulları, quş və mal əti, qızıl balıq, tuna balığı, tam taxıllı bitkilər;

Mis: Qabıqlı dəniz məhsulları, taxıllı bitkilər, lobya, gərzəkli meyvələr (badam, fıstıq, qoz), kartof, heyvan içalatı (qaraciyər, böyrək), göyərtilər, qurudulmuş meyvələr (gavalı, qaysı), kakao, qara bibər, maya;

Selen: Bitki mənşəli məhsullar, balıq, qabıqlı dəniz məhsulları, qırmızı ət, yumurta, taxıl, toyuq əti, qaraciyər, sarımsağın tərkibində var.

Probiotiklərin və prebiotiklərin insanın qidalanma rasionuna daxil edilməsi bağırsaq florası üçün əhəmiyyətlidir. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının tərifinə görə probiotiklər "lazımi miqdarda qəbul edildikdə orqanizmin sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərən canlı mikroorqanizmlərdir”. Prebiotiklər isə bağırsaqda mövcud olan bir və ya bir neçə bakteriya növlərinin böyüməsini və ya fəaliyyətini seçici şəkildə stimullaşdıran qida maddələridir. Bunlar çiy tərəvəz və meyvə (pomidor, qulançar, giləmeyvə, sarımsaq, soğan, yaşıl tərəvəzlər, paxlalılar, həmçinin yulaf, kətan toxumu, buğda) turşu, süd və süd məhsulları (qatıq, kefir və s.) şəklində istehlak edilə bilər. Bitki mənşəli bir çox lifli məhsullar - alma, banan, portağal, çiyələk, moruq, yerkökü, kartof, çuğundur və brokoli həzm olunmadan yoğun bağırsağa keçir və bağırsaqda yaşayan mikroorqanizmlər tərəfindən həzm edilir ki, bu da dolayı yolla immun sisteminin güclənməsinə aparıb çıxarır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video