13:41 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İllərin arzusu çin oldu: yolumuz abadlaşdırıldı
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:11 06.11.2016

 

Respublikamızın hər bir bölgəsi kimi qədim tarixi, gözəl təbiəti, florası-faunası zəngin olan Qazax rayonu da özünün inkişaf dövrünü yaşayır. Rayonumuzun nəinki mərkəzində, eləcə də kənd və qəsəbələrdə aparılan abadlıq, yenidənqurma işləri hər kəsi sevindirir. Gözümüzün qabağında rayonumuz, kəndlərimiz ildən-ilə böyüyür, gözəlləşir, abadlaşır. Bu da ilk növbədə, biz kənd sakinlərinin rifahının yaxşılaşmasında, yaşayış səviyyəsinin yüksəlməsində özünü göstərir.

Qazax düşmənlə üzbəüz dayanıb. Neçə illərdir mərdliklə düşmənə sinə gərir və heç nə bizi qorxutmur. Dövlətin dəstəyi həmişə bizim gücümüzü birə min artırıb. Təmas xəttindəki kəndlərimizin əhalisinə xüsusi diqqət göstərilir. İmkansız ailələr üçün evlər tikilir, kənd sakinlərinə tikinti materialları verilir. İcra başçısı rayon sakinlərini qəbul edib onları dinləyir, problemlərinin həllinə çalışır. 

Qazax həm də kənd təsərrüfatı rayonudur. Əhali heyvandarlıq, taxılçılıq, üzümçülük və meyvəçiliklə məşğuldur. Prezident İlham Əliyevin son illərdə kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirdiyi islahatlar, verdiyi tapşırıqlar Qazax əhalisinin də fəallığını artırıb. Dəqiq yadımdadır: dövlət başçısı rayonumuza 8 dəfə səfər edib. Ötən ay cənab Prezidentin rayonumuza növbəti gəlişi isə rayon əhalisinə yeni stimul verdi.  Pezidentin Qazaxa xüsusi diqqət və qayğısının bariz nümunəsi isə illərdir 6  min əhalisi olan Kosalar və Canalı kəndlərinin ən böyük problemi olan avtomobil yolunun yenidən qurulmasıdır. Bu yolun vəziyyəti əhalini çox narahat edirdi. Amma bu gün 2 yaşayış məntəqəsini birləşdirən yol müasir səviyyədə yenidən çəkilib. İndi Kosalar və Canalı kəndlərinin sakinləri yoldan rahatlıqla istifadə edirlər. Bu o yoldur ki, salınan vaxtdan yalnız bir dəfə - sovetlər dönəmində soyuq asfaltla üzlənmişdi. Uzun illər dağılmasına baxmayaraq, alternativ yol olmadığından əhali məcburən buradan istifadə edib. Düzdür, ara-sıra əhalinin yığdığı vəsait, bəzən də aidiyyəti qurumların təşəbbüsü ilə yola əl gəzdirilib, hamarlanıb. Lakin bunun da “ömrü”  ən çoxu birinci yağışa qədər çəkib. Kənd sakinləri yolun inşasına görə cənab Prezidentə sonsuz minnətdardırlar. 

Əminik və inanırıq ki, dövlət başçısının diqqət və qayğısı ilə Qazax tezliklə daha abad və gözəl olacaq.

 

Aqil ƏLİYEV,

Qazax rayon Hüseynbəyli kənd sakini

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM