15:29 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlklər

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:31 14.08.2021

 

1. İlk elektron kompüter ENIAC 27 ton ağırlığındaydı, 1800 kvadratmetrlik sahəni tuturdu və nəhəng kalkulyatora bənzəyirdi.

2. “TYPEWRITER” kompüterinizin klaviaturasının yalnız bir sətrində hərflərdən istifadə edərək yaza biləcəyiniz ən uzun sözdür.

3. 1938-ci ildə alman mühəndisi Konrad Züzen tərəfindən icad edilən “Z1” dünyanın ilk proqramlaşdırılmış hesablama maşınıdır.

4. Duq Engelbart 1964-cü ildə ağacdan olan ilk kompüter mausunu icad etmişdir.

5. 1971-ci ildə Bob Tomas tərəfindən yazılmış “Creeper” ilk kompüter virusu sayılır.

6. Kompüter virusları əvvəlcə tədqiqat məlumatlarını qorumaq üçün istifadə edilmişdir.

7. Hər ay 5000-dən çox yeni kompüter virusu “dövriyyəyə buraxılır”.

8. HP, Microsoft və Apple-ın maraqlı bir ortaq cəhətləri var - üçü də qarajda hazırlanmışdır.

9. 1980-ci ildə icad edilən ilk sərt disk təxminən 1980 funt ağırlığında idi.

10. Intel tərəfindən yaradılan ilk mikroprosessor “4004” adlanırdı və kalkulyator üçün hazırlanmışdı.

11. İlk sərt disk yalnız 5MB məlumat tuta bilirdi və 550 qram ağırlığında idi.

12. İlk kompüter böyük bir kalkulyatora bənzəyirdi.

13. 1991-ci ildə Tim Berners Li ilk internet saytını yaratmışdı.

14. Stiv Cobs ilk “Apple” kompüterini istifadə edilmiş ehtiyat hissələrindən hazırlayıb.

15. Dünyanın ən kiçik kompüteri Miçiqan Universitetinin tədqiqatçıları tərəfindən yaradılıb. “Micro Mote” adlanan bu cihazın ölçüsü 3 millimetrdir. O, hətta düyü dənəsindən belə kiçikdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM