21:18 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İlk qızıl medalı avstraliyalı velosipedçi qazandı

ANA SƏHİFƏ / İDMAN
01:25 26.08.2021

 

Avstraliyalı velosipedçi Peyc Qreko avqustun 25-də Tokio Paralimpiadasının ilk qızıl medalını qazanıb. İdmançı C3 kateqoriyası üzrə yarışda 3000 metr məsafəni hamıdan tez qət edərək paralimpiya çempionu olub.

Yarışda 3 dəqiqə 50,815 saniyə nəticə göstərən avstraliyalı idmançı həm də yeni dünya rekordu müəyyən edib. İkinci yeri çinli Van Syaomey, üçüncü yeri isə almaniyalı Dəniz Şindler tutub.

Qeyd edək ki, C3 kateqoriyası yuxarı və aşağı ətraflarında funksional pozuntuları olan idmançılar, həmçinin beyin iflici və ətraf orqanları amputasiya edilən velosipedçilər iştirak edirlər. İyirmi dörd yaşlı P.Qreko üçqat dünya çempionu və dünya birinciliyinin gümüş mükafatçısıdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM